Yeni Klinikada uroloq həkimlər nadir icra edilən əməliyyatı uğurla həyata keçirdi
30 İyul 2025
1848
Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ölkəmizdə nadir tətbiq olunan laparoskopik piyeloplastika əməliyyatı icra olunub.
Azmedinfo.az-a verilən məlumata görə, 25 yaşlı xəstə Yeni Klinikaya böyrəyin II və III dərəcəli genişlənməsi və sidik yollarının təkrarlayan infeksiyaları səbəbilə müraciət edib. Müvafiq müayinələrdən sonra xəstəyə ureteropelvik darlıq (ləyən–sidik axarı birləşməsində darlıq) qoyulub və laparoskopik piyeloplastika əməliyyatının icrasına qərar verilib.
Əməliyyat, anestezioloq-reanimatoloq Lalə Əliyeva və komandasının iştirakı ilə, uzman uroloqlar Turan Məmmədəliyev və Məcid Haqverdiyev tərəfindən minimal invaziv üsul – laparoskopik texnika ilə yerinə yetirilib.
Qeyd edək ki, bu tip əməliyyatlar Azərbaycanda sayca olduqca az – cəmi 3–5 dəfə həyata keçirilib və adətən açıq cərrahiyyə üsulu ilə icra olunur. Lakin Yeni Klinikada ilk dəfə olaraq bu əməliyyat müasir laparoskopik metodla uğurla tətbiq edilib.
Məlumat üçün bildirək ki, laparoskopik piyeloplastika uroloji laparoskopiya sahəsində ən mürəkkəb və texniki baxımdan çətin əməliyyatlardan biri hesab olunur. Minimal invaziv üsulla aparılan bu müdaxilə xəstənin əməliyyat sonrası reabilitasiya müddətinin daha qısa və ağrısız keçməsinə, eləcə də daha yaxşı estetik nəticələrin əldə olunmasına imkan verir.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654