Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
23 Aprel 2026, Cümə axşamı, 18:52
Əlaqə vasitələri
Bizimlə əlaqə
Azərbaycanlı pediatrın mühüm araşdırması nüfuzlu beynəlxalq elmi jurnalda dərc olunub
31 İyul 2025
736

Pediatriya.az saytının təsisçisi, tanınmış həkim Nərmin Əzizovanın “Prognostic biomarkers in congenital heart disease” (DOI: 10.26724/2079-8334-2025-2-92-7-11) adlı elmi məqaləsi nüfuzlu World of Medicine and Biology jurnalında (Web of Science – ESCI) dərc olunmuşdur.

Azmedinfo.az xəbər verir ki, bu araşdırmada doğuşdan ürək qüsuru olan kritik vəziyyətdəki körpələrdə ölüm riskinin dəyərləndirilməsi üçün NT-proBNP və laktat səviyyələrinin proqnostik göstərici kimi rolu elmi əsaslarla təhlil edilmişdir.

 

Məqalə neonatal reanimasiyada diaqnostik yanaşmaların təkmilləşdirilməsinə mühüm töhfə kimi qiymətləndirilir.

Azərbaycanlı pediatrın bu uğuru həm elmi ictimaiyyət, həm də neonatal sahədə çalışan tibb mütəxəssisləri üçün mühüm əhəmiyyət kəsb edir.

Ən çox oxunanlar