Yeni Klinikanın direktoru Barat Yusubov insanlıq adına dərin mənəvi anlam daşıyan, çoxlarının hələ tərəddüd etdiyi bir qərar verib – bütün orqanlarını könüllü olaraq bağışlayıb. O, bu gün həyatında bəlkə də ən önəmli və mənəvi dəyəri ən yüksək olan qərarı verdiyini bildirib – bütün orqanlarını bağışlayıb.
Azmedinfo.az olaraq biz də bu nəcib və ali niyyətli qərara böyük rəğbətlə yanaşır, cəmiyyətin bütün üzvlərini belə humanist təşəbbüslərə dəstək verməyə çağırırıq.
Barat Yusubov bu addımı ilə təkcə həkim kimi deyil, həm də bir insan, bir vətəndaş, bir vicdan sahibi kimi nə qədər böyük ürəyə sahib olduğunu ortaya qoyub: “Bu gün bəlkə də həyatımın ən önəmli qərarını verdim – bütün orqanlarımı bağışladım. İnanılmaz dərəcədə sevincliyəm, çünki ölümüm belə kimlərəsə həyat bəxş edəcək,” – deyə o, öz şəxsi sosial media hesabında paylaşım edib.
Bu addım bir daha göstərir ki, orqan donorluğu – sadəcə tibbi deyil, həm də insani dəyər məsələsidir. Barat Yusubovun bu qərarı həyatın və ölümün sərhədində belə, başqalarının yaşamaq haqqını müdafiə etmək anlamına gəlir.
Onun təşəbbüsü, xüsusən də səhiyyə sahəsində rəhbər və nüfuzlu bir şəxsin bu cür açıq və cəsarətli addımı, cəmiyyətdə orqan donorluğuna dair maarifləndirmə və təşviqatın güclənməsinə mühüm töhfə verəcək.
Bu davranış hər bir kəs üçün nümunə olmalı, həyatımızın bir mərhələsində bizə lazım olmayan, amma başqasına yaşamaq şansı verə biləcək orqanlarımızın bağışlanmasının necə böyük bir savab və vicdan borcu olduğunu xatırlatmalıdır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654