Qərbi və Mərkəzi Afrikada yağışlı mövsümün başlanması ilə bölgədə vəba xəstəliyinin geniş yayılması riski əhəmiyyətli dərəcədə artıb. BMT-nin Uşaq Fondu – UNICEF bu səbəbdən təxminən 80 min uşağın vəbaya yoluxma riski ilə üzləşdiyini bildirib.
Azmedinfo.az xəbər verir ki, UNICEF-in Qərbi və Mərkəzi Afrika üzrə regional direktoru Jil Fannünün sözlərinə görə, şiddətli yağışlar, daşqınlar və əhalinin məcburi köçü xəstəliyin yayılmasına zəmin yaradır:
“Təbii fəlakətlər və qeyri-sabit yaşayış şəraiti vəbanın qarşısını almağı çətinləşdirir və xüsusilə uşaqlar üçün həyati risk yaradır,” – deyə o vurğulayıb.
Vəba, adətən bakteriya ilə çirklənmiş qida və ya suyun istehlakı nəticəsində yaranan, sürətli susuzlaşmaya səbəb olan kəskin ishal xəstəliyidir. Dərhal tibbi müdaxilə ilə – oral rehidratasiya məhlulları və antibiotiklər vasitəsilə – müalicə mümkündür. Lakin xəstəlik vaxtında müdaxilə olunmadıqda, bir neçə saat ərzində ölümlə nəticələnə bilər.
Afrikadakı azyaşlı uşaqlar zəif gigiyena, məhdud sanitariya infrastrukturu və təmiz suyun əlçatan olmaması səbəbindən bu xəstəliyə qarşı xüsusi həssas qrup sayılırlar.
Konqo Demokratik Respublikası (KDR) hazırda vəba epidemiyasından ən çox zərər çəkmiş ölkə hesab olunur. Təkcə iyul ayında bu ölkədə 38 minə yaxın yoluxma və 951 ölüm halı qeydə alınıb. Bu yoluxmaların təxminən dörddə biri beş yaşdan kiçik uşaqlar arasında baş verib. Təcili profilaktik tədbirlər görülməzsə, ölkə 2017-ci ildən bəri ən ağır epidemiyalardan biri ilə qarşılaşa bilər.
Paytaxt Kinşasada vəziyyət xüsusilə narahatedicidir. Burada son həftələrdə davam edən yağış və daşqınlar nəticəsində yoluxma hallarında kəskin artım müşahidə olunur. Şəhərin səhiyyə sistemi artıq maksimum yüklənmiş vəziyyətdədir və ölüm göstəricisi 8 faiz civarındadır.
Nigeriya isə bölgədə ikinci ən çox təsirlənmiş ölkədir. İyun ayının sonuna olan məlumata əsasən, ölkədə 3100-dən çox ehtimal olunan yoluxma və 86 ölüm hadisəsi qeydə alınıb. Vəba burada endemik xəstəlik hesab olunur və son illərdə dəfələrlə epidemik dalğalar baş verib.
UNICEF və digər beynəlxalq qurumlar bölgədə profilaktik tədbirlərin genişləndirilməsinə, təmiz içməli su təminatına və səhiyyə sistemlərinin gücləndirilməsinə çağırış edirlər ki, bu xəstəliklə mübarizə daha effektiv şəkildə aparılsın.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654