GOES rentgen monitorları avqustun əvvəli Günəşdə 15 güclü alışmanı qeydə alıb – bu, əvvəlki günlə müqayisədə xeyli yüksək göstəricidir. Alışmaların əsas mənbəyi “4167” nömrəli yeni aktiv sahə olub. Bu sahədə toplanmış enerji birdən-birə sərbəst buraxılıb.
Azmedinfo.az "Life" portalına istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasından bildirilib.
“Digər alışmalar Günəşin diski boyunca nisbətən bərabər şəkildə yayılıb. Hazırda alışma fəallığı sabitləşmə əlamətləri göstərir. Həmçinin, günəş ləkələrinin artımı da dayanmış görünür”, – məlumatda qeyd olunub.
Mütəxəssislər bildirirlər ki, bu aktivlik lokal xarakter daşıyıb və Yerə heç bir təsir göstərməyib.
Günəşdə baş verən alışmalar (fləşlər) Yerin maqnit sahəsinə təsir edərək maqnit qasırğalarına səbəb ola bilər. Bu qasırğalar radio əlaqələrini pozur, peyklərin işini çətinləşdirir və texnoloji sistemlərdə nasazlıqlar yarada bilər. İnsan sağlamlığına təsiri əsasən ürək-damar və sinir sistemi xəstəlikləri olan şəxslərdə baş ağrısı, ürək döyüntüsü, yuxusuzluq və yorğunluq şəklində özünü göstərə bilər. Bəzi insanlar bu günlərdə daha çox stress və gərginlik hiss edə bilirlər.
Qeyd edək ki, kosmosun öyrənilməsində əldə olunan irəliləyişlərə baxmayaraq, günəş aktivliyinin dəqiq proqnozlaşdırılması hələ də mürəkkəb vəzifə olaraq qalır. Hətta süni intellektin tətbiqi belə, bu sahədə tam dəqiqliyə nail olmağa imkan vermir. Ekspertlər ümid edirlər ki, süni intellekt bu istiqamətdə effektiv vasitəyə çevrilə bilər – lakin yalnız bu texnologiya ətrafındakı həddindən artıq “ajotaj” səngidikdən sonra.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654