Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
23 Aprel 2026, Cümə axşamı, 18:50
Əlaqə vasitələri
Bizimlə əlaqə
Avqustun ilk on günlüyünədək isti hava dalğası davam edəcək
04 Avqust 2025
414
Avqustun ilk on günlüyünədək isti hava dalğası davam edəcək

Ölkə üzrə müşahidə edilən yüksək temperaturun avqustun 8-dək davam edəcəyi proqnozlaşdırılır.

 

Azmedinfo.az xəbər verir ki, bu barədə məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb.

 

Gözləntilərə əsasən, Bakıda və Abşeron yarımadasında gündüz saatlarında temperatur 35-40 dərəcəyə, dağlıq bölgələrdə isə 29-34 dərəcəyədək yüksələcək. Mərkəzi Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında da temperaturun 35-40, bəzi ərazilərdə isə 41 dərəcəyə qədər isti olacağı bildirilir.

 

Abşeron yarımadasında, xüsusilə də sahilboyu zonalarda cənub-şərq istiqamətli küləklərin üstünlük təşkil edəcəyi gözlənilir. Bu küləklər havada nisbi rütubətin artmasına və durğun atmosfer şəraitinin yaranmasına səbəb ola bilər.

Ən çox oxunanlar