Son dövrlər tibb müəssisələrində xidmətin keyfiyyətini artırmaq və pasiyent məmnunluğunu təmin etmək məqsədilə elektron növbə sistemlərinin tətbiqinə başlanılıb. Bu texnoloji yeniliklər sayəsində vətəndaşlar daha rahat şəkildə növbəyə yazılmaq, vaxt itkisindən qaçmaq və tibbi xidmətlərdən faydalanmaq imkanı əldə ediblər.
Artıq ölkə üzrə 20-dən çox tibb müəssisəsində elektron növbə monitorları quraşdırılıb və sistem tam işlək vəziyyətə gətirilib. Nəzəri baxımdan bu yeniliklər böyük irəliləyiş kimi qiymətləndirilə bilər. Lakin praktikada ortaya çıxan bəzi çatışmazlıqlar və tətbiq prosesindəki boşluqlar həm pasiyentlər, həm də tibb işçiləri üçün ciddi narahatlıqlara səbəb olur.
Azmedinfo.az araşdırmasında narazılıq doğuran məsələlərə diqqət çəkib:
Monitor qarşısında ikinci “canlı” növbə yaranır: Elektron növbə sisteminin əsas məqsədi fiziki növbələrin qarşısını almaq olsa da, monitor qarşısında toplaşan insanların sayı bəzən əvvəlki vəziyyətdən də daha artıq sıxlıq yaradır.
İnsanlar qaydaları pozur: Bir çox vətəndaş texnoloji yeniliyin mahiyyətinə bələd olmadığından, sistemə yazılmadan birbaşa həkimin qapısı önündə növbə gözləməyə başlayır. Bu isə həkimlərin iş rejimini pozur və digər pasiyentlərin narazılığına səbəb olur.
Texniki problemlər və istifadə çətinliyi: Bəzi bölgələrdə sistemin donması, növbə biletinin düzgün çıxmaması və ya ekranlarda texniki xətalar pasiyentlərdə çaşqınlıq yaradır.
Maarifləndirici tədbirlər artırılmalıdır
Elektron növbə sisteminin işləmə prinsipi, üstünlükləri və istifadə qaydaları barədə videoçarxlar, afişalar və sosial şəbəkə kampaniyaları vasitəsilə geniş təbliğat aparılmalıdır. Xüsusən yaşlı insanlar və texnologiyaya az bələd olan şəxslər üçün sadə izahlı broşürlər tibb müəssisələrinin girişində paylanmalıdır.
Nəzarətçilər və könüllülər sistemə dəstək verməlidir. Xəstəxanalarda müvəqqəti nəzarətçi və ya könüllü personal yerləşdirilərək vətəndaşlara növbə sistemindən istifadə qaydalarını izah edə, texniki yardım göstərə bilər.
Monitor qarşısında gözləmə qaydaları dəqiq tənzimlənməlidir. Elektron növbəyə yazılmış şəxsə təxmini qəbul vaxtı təqdim olunmalı və bu vaxt yaxınlaşanadək gözləmə zonasına keçməsi təmin edilməlidir. Ekranlarda real vaxt göstəriciləri əlavə edilməlidir ki, insanlar növbələrinin nə zaman çatacağını dəqiq bilsin.
Mobil tətbiq və onlayn qeydiyyat genişləndirilməlidir. İnsanlar tibb müəssisəsinə gəlməmişdən əvvəl mobil tətbiq və ya veb-sayt üzərindən növbəyə yazıla bilməli, sistemə daxil olduqda birbaşa qəbul otağına yönləndirilə bilərlər.
Qeyri-qanuni şəkildə həkim qəbuluna “sıra pozaraq” daxil olmağa çalışan şəxslərlə bağlı ciddi nəzarət tədbirləri və xəbərdarlıq mesajları tətbiq olunmalıdır.
Elektron növbə sistemlərinin tətbiqi müasir səhiyyə xidmətlərində müsbət addım olsa da, onun effektivliyini təmin etmək üçün yalnız texniki təminatla kifayətlənmək olmaz. Sistemin funksionallığı, istifadəçi təcrübəsi və ictimai davranışlar bir-birini tamamlamalıdır. Əks halda, elektron texnologiyalar sadəcə görünən tərəfdə islahat imici yaradar, lakin real vəziyyətdə yenə də pasiyent narazılığı davam edər.
Sonda bu sistemin məqsədi daha ədalətli, şəffaf və əlçatan səhiyyə xidmətinin təmin edilməsidirsə, həm texniki, həm də sosial adaptasiya prosesinə ciddi yanaşmaq vacibdir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654