2024-cü ildə icbari tibbi sığorta hesabına xroniki venoz xəstəliklərinin diaqnostikası məqsədilə 138 825 rəngli doppler və 219 fleboqrafiya müayinələri icra olunub. Xroniki venoz xəstəliklər (XVX) — venaların uzunmüddətli funksional və ya struktur pozğunluqları nəticəsində meydana çıxan xəstəliklər qrupudur. Bu qrupa varikoz xəstəliyi, xroniki venoz çatışmazlıq (XVÇ), posttrombotik sindrom (PTS), flebopatiya, angiodisplaziyalar, venoz xoralar və retikulyar varikoz kimi pozğunluqlar daxildir.
Azmedinfo.az xəbər verir ki, Agentliyin məlumatına görə, bu cür venoz xəstəliklərinin diaqnostikası əsasən vizual baxış, ultrasəs əsaslı görüntüləmə və funksional testlər vasitəsilə aparılır. Diaqnostikada ən geniş yayılmış ilkin müayinə üsulu rəngli doppler ultrasəs müayinəsidir. Bu metod müasir, qeyri-invaziv, ağrısız və təhlükəsiz görüntüləmə üsulu olaraq damarların vəziyyətini və qan axınının xüsusiyyətlərini qiymətləndirməyə imkan verir. Rəngli doppler ultrasəs müayinəsi hospitalizasiya tələb etmir və nəticə dərhal əldə olunur. Müayinə zamanı qan axınının sürəti və istiqaməti, damarların keçiriciliyi, venaların qapaq funksiyası və damarların anatomik quruluşu haqqında ətraflı məlumat almaq mümkündür. Bu üsul varikoz xəstəliyi, xroniki venoz çatışmazlıq, posttrombotik sindrom, flebopatiya və venaların trombozu kimi xəstəliklərin aşkarlanmasında geniş istifadə olunur.
Rəngli doppler ultrasəs müayinəsi bəzi hallarda damarların tam qiymətləndirilməsi üçün yetərli olmaya bilər. Belə vəziyyətlərdə daha detallı görüntü almaq üçün fleboqrafiya (və ya venoqrafiya) müayinəsi tətbiq olunur. Fleboqrafiya zamanı damarlara kontrast maddə yeridilərək rentgen, kompüter tomoqrafiyası (KT) və ya maqnit-rezonans tomoqrafiyası (MRT) vasitəsilə detallı görüntü alınır. Bu invaziv müayinə damarların struktur və funksional vəziyyəti haqqında daha geniş informasiya təqdim edir. Fleboqrafiya dərin venoz trombozu, xroniki venoz çatışmazlıq, venoz malformasiyalar və damar stenozları kimi xəstəliklərin diaqnostikasında xüsusilə effektiv sayılır. Müayinə ayaqlarda səbəbi bilinməyən uzunmüddətli şişkinlik, izah olunmayan ağrılar, tromboz və ya əməliyyatdan əvvəl damar quruluşunun qiymətləndirilməsi məqsədilə də aparılır.
Venoz pozğunluqlar əhali arasında geniş yayılıb və vaxtında diaqnoz qoyulmadıqda ciddi ağırlaşmalara və həyat keyfiyyətinin azalmasına səbəb ola bilər. Bu səbəbdən sadalanan instrumental müayinələrin icbari tibbi sığorta hesabına olunması və əlçatanlığı, xəstəliklərin erkən mərhələdə aşkarlanmasına, fərdi müalicə planlarının hazırlanmasına şərait yaratmaqla effektiv müalicə üçün mühüm imkanlar yaradır.
Bu müayinələr icbari tibbi sığorta ilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) aparılır.
Müvafiq tibbi xidmətin göstərildiyi dövlət tibb müəssisələrini "Tibb müəssisələrinin axtarışı" funksiyasından istifadə etməklə tanış ola bilərsiniz.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654