Yeni Klinikada süd vəzi xərçəngi üzrə multidisiplinar əməkdaşlığın gələcəyi müzakirə olundu
07 Avqust 2025
776
Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyasının və Tianjin Tibb Universitetinin Xərçəng İnstitutunun birgə təşəbbüsü ilə Bakıda “Süd vəzi xərçəngi müalicəsində sübutlu təbabətin və multidisiplinar əməkdaşlığın inkişafı” adlı beynəlxalq elmi-praktik konfrans baş tutub.
Azmedinfo.az xəbər verir ki, tədbir Tianjin Anti-Kanser Assosiasiyası nümayəndələrinin Liv Bona Dea Hospitala rəsmi ziyarəti ilə başlayıb. Ziyarət çərçivəsində xəstəxananın müasir infrastrukturu, xüsusilə cərrahiyyə blokunun təşkili, texniki təchizatı və klinik iş axınının təşkili əyani şəkildə təqdim edilib. Əməliyyat zalında icra olunan canlı cərrahi müdaxilə yerli və xarici mütəxəssislər tərəfindən təhlil olunaraq elmi müzakirəyə çıxarılıb.
Konfransın elmi hissəsi Yeni Klinikada davam edib. Tədbirdə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının baş həkimi Nigar Mehdiyeva, Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, professor Məlahət Sultanova, Yeni Klinikanın direktoru Barat Yusubov, Səhiyyə Nazirliyinin Ana və Uşaq sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, TƏBİB-in Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinin əməkdaşı Şəbnəm Qurbanova, Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyasının təsisçisi və prezidenti Həqiqət Vəliyeva, Tianjin Tibb Universitetinin Xərçəng İnstitutunun və Xəstəxanasının vitse-prezidenti Shen Jun, Tianjin Tibb Universitetinin Xərçəng İnstitutunun və Xəstəxanasının, Tianjin Anti-Kanser Assosiasiyasının prezidenti Hao Jihui çıxış ediblər.
Yerli və Çin Xalq Respublikasından olan mütəxəssislərin iştirakı ilə multidisiplinar “Tumor board” təşkil edilib. Real klinik hallar üzərində aparılan müzakirələr əsasında fərdi müalicə planları hazırlanıb, beynəlxalq təcrübələr paylaşılıb.
Konfrans çərçivəsində Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası ilə Tianjin Tibb Universitetinin Xərçəng İnstitutu və Xəstəxanası, həmçinin Tianjin Anti-Kanser Assosiasiyası ilə Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyası arasında əməkdaşlıq memorandumları imzalanıb. Bu sənədlər gələcəkdə elmi tədqiqatların, akademik mübadilənin və klinik əməkdaşlığın inkişafını hədəfləyir.
Konfransın sonunda iştirakçılar üçün “Praktik süd vəzi ultrasəs müayinə kursu” təşkil olunub. Kurs zamanı müasir təlim maketləri üzərində müxtəlif növ biopsiya və işarələmə texnikaları əyani şəkildə təqdim edilib, canlı modellər üzərində süd vəzinin müxtəlif patologiyalarına dair ultrasəs müayinəsi aparılıb.
Yeni Klinikada tanışlıq turu ilə başlayan tədbirin ikinci günü “100 qadın – 100 ümid” ictimai layihəsi çərçivəsində davam edib. Layihə çərçivəsində 100-dən çox qadın yerli və xarici mütəxəssislərin iştirakı ilə müayinə olunub. Zərurət yarandığı hallarda qadınlar əlavə müayinələrə də yönləndiriliblər.
Konfrans çərçivəsində həmçinin Tianjin Anti-Kanser Assosiasiyası tərəfindən Azərbaycan səhiyyə mütəxəssislərinin beynəlxalq elmi ictimaiyyətə inteqrasiyasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan təkliflər planı irəli sürülüb.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654