Yeni Klinikada 86 yaşlı pasiyentə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində Hartman və kolovezikal fistulun bərpası əməliyyatları uğurla icra olunub.
Azmedinfo.az xəbər verir ki, tibb müəssisəsinə bağırsaq keçməzliyi, sidik yollarından nəcis gəlməsi, yüksək hərarət və təkrarlayan sidik yolları infeksiyası şikayətləri ilə müraciət edən pasiyentə müvafiq müayinələr nəticəsində kolovezikal fistula diaqnozu qoyulub. Xəstənin vəziyyəti nəzərə alınaraq Hartman əməliyyatı və kolovezikal fistulun bərpası üzrə cərrahi müdaxilənin aparılmasına qərar verilib.
Əməliyyat anestezioloq-reanimatoloq Lalə Əliyeva və komandasının iştirakı ilə, uzman ümumi cərrah Ayxan Abbasov, asistent Dr. Kəmalə Məmmədova və uzman uroloq Turan Məmmədəliyev tərəfindən uğurla həyata keçirilib. Cərrahi müdaxilə nəticəsində bağırsaq keçməzliyi aradan qaldırılıb, eləcə də sidik kisəsi ilə yoğun bağırsaq arasında yaranmış fistul tam şəkildə bərpa edilib.
Məlumat üçün bildirək ki, Hartman əməliyyatı – yoğun bağırsağın (adətən sol tərəfli, xüsusən də sigma hissəsinin) xəstə hissəsinin çıxarılması və bağırsağın iki ucu arasında birləşmənin (anastomozun) aparılmadığı cərrahi prosedurdur. Əməliyyat nəticəsində bağırsağın bir ucu (proksimal hissə) qarın divarına çıxarılaraq kolostoma (süni anus) yaradılır, distal ucu isə bağlanaraq qarın boşluğunda saxlanılır. Kolovezikal fistula isə yoğun bağırsaq (kolon) ilə sidik kisəsi (vezika) arasında anormal keçid (kanal) yaranmasıdır. Bu keçid iki orqan arasında patoloji bir əlaqə yaradır, nəticədə bağırsaq məzmunu (o cümlədən qaz və nəcis) sidik kisəsinə keçə bilər.
Qeyd edək ki, bu tip əməliyyatlar yaşlı pasiyentlər üçün yüksək risk daşısa da, peşəkar tibbi komandanın koordinasiyalı fəaliyyəti nəticəsində əməliyyat uğurla icra olunub.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654