Pterigium - qanadı xatırladan üçbucaq formalı membranın konyunktivadan gözün buynuz qişasına qədər tədricən böyüməsi ilə xarakterizə olunan gözün ön seqmentinin xroniki xəstəliyidir. Fibroz toxuma və qan damarlarından ibarət bu patoloji membran burun tərəfindən, yəni gözün daxili bucağından bəbəyin mərkəzinə doğru böyüyür.
Azmedinfo.az xəbər verir ki, adıçəkilən xəstəlik günəş şüalarına, küləyə, tozlu, quru mühitə, allergen və kimyəvi maddələrin təsirinə uzunmüddətli məruzqalma nəticəsində yaranır. Xəstəlik ilkin mərhələdə sadəcə gözdə qızartı, qaşınma, yanma, göz quruluğu ilə özünü göstərsə də, inkişaf etdikcə astiqmatizm, görmə itiliyinin azalması, görmə sahəsinin daralması və məhdudlaşması, diplopiya (ikigörmə) və digər simptomlara səbəb ola bilər.
Pterigiumun diaqnozu oftalmoloq tərəfindən göz müayinəsi, göz almasının ön seqmentinin bio-mikroskopik müayinəsi ilə müəyyənləşdirilir. Pterigiumun mərhələsini müəyyən etmək üçün icbari tibbi sığorta hesabına oftalmoskopiya, vizometriya, perimetriya və refraktometriya kimi müayinələr aparılır. O, həm konservativ, həm də cərrahi yolla müalicə olunur. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə sözügedən xəstəliyin 2 cərrahi müalicəsi daxildir: pterigiumun kəsiklə çıxarılması və pterigiumun transpozisiyası (konyuktival autotransplantasiya).
İcbari tibbi sığorta ilə hər iki əməliyyat tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) aparılır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654