Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
24 İyul 2026, Cümə, 05:02
Əlaqə vasitələri
Bizimlə əlaqə
Tibb elmi tarixindən: Operativ cərrahiyyənin əsasları belə qoyulur
10 Avqust 2025
772
Tibb elmi tarixindən: Operativ cərrahiyyənin əsasları belə qoyulur

Rus həkimləri və anatomlarının məktəbini yaratmış cərrah Nikolay İvanoviç Piroqov 11 il ərzində dondurulmuş insan cəsədlərini nazik laylara kəsərək ayırırdı.

 

Nəticədə “Dondurulmuş cəsədlərin kəsikləri üzrə topoqrafik anatomiya” adlı dörd cildlik əsər meydana gəldi.

 

Bu əsərdə müasir operativ cərrahiyyənin bütün əsasları qoyulmuşdu.

 

Bundan əlavə, həmin tədqiqat bugünkü kompüter tomoqrafiyasının da bir növ sələfi sayılır, çünki o da orqanların “kəsik” şəklində qarşılıqlı yerləşməsini göstərir.

 

Azmedinfo.az

Ən çox oxunanlar