Böyük Britaniyada ölümündən sonra ən çox insana orqan ianəsi ilə həyat verən şəxs müəyyən edilib. Bu, 13 yaşında beyin anevrizması səbəbindən dünyasını dəyişən Jemima Layzelldir. Onun bağışladığı orqanlar səkkiz fərqli insana, o cümlədən beş uşağa yeni həyat bəxş edib.
Azmedinfo.az-ın Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin məlumatına istinadən, təqdimatında bir insanın həyatı bitdikdə belə, onun fədakarlığının başqaları üçün yeni başlanğıca necə çevrilə biləcəyi insanlıq və mərhəmət nümunəsi kimi vurğulanır.
Qəfil faciə və unudulmaz qərar
İngiltərənin Horton şəhərində yaşayan Jemima qəfil beyin anevrizması keçirib. Dörd gün sonra xəstəxanada beyin ölümü qeydə alınıb. Ağır bir zamanda ailəsi çətin, amma fədakar bir addım ataraq onun orqanlarını bağışlamağa razılıq verib.
8 orqan – 8 həyat
Jemimanın ürəyi, nazik bağırsağı və mədəaltı vəzi – üç müxtəlif şəxsə, hər iki böyrəyi – iki nəfərə, qaraciyəri iki hissəyə bölünərək – iki insana, hər iki ağciyəri isə – bir nəfərə köçürülüb.
Beləliklə, səkkiz insan, o cümlədən beş uşaq, onun fədakar ianəsi sayəsində yaşamağa davam edir.
“Onun adı ilə yaşanan hər həyat – onun davamıdır”
Jemimanın valideynləri bildirir: “İndi öyrənmişik ki, Jemima Böyük Britaniyada orqanları səkkiz fərqli insana köçürülən yeganə donordur. Bu, bizi həm qürurlandırır, həm də dərindən təsirləndirir. Hər valideyn övladının xüsusi olmasını arzulayır – Jemimanın bu parlaq irsi onu əbədi olaraq unikal edir. Onun adı ilə yaşanan hər bir həyat, onun davamıdır. Bu düşüncə bizə güc verir.”
Niyə donor olmağa razılıq verməliyik?
Böyük Britaniyanın Transplant Xidməti Jemimanın hekayəsini paylaşaraq insanları ölümündən sonra orqan donorluğuna razılıq verməyə və bu barədə ailələrini əvvəlcədən məlumatlandırmağa çağırır. Qurumun transplantasiya üzrə direktor müavini Entoni Klarkson deyir: “Hər donor dəyərlidir. Amma Jemimanın nümunəsi göstərir ki, bəzən sadəcə bir ‘bəli’ cavabı səkkiz həyat xilas edə bilər. Təəssüf ki, hələ də yüzlərlə insan ailələrin ‘yox’ cavabı səbəbindən transplant gözləyərkən həyatını itirir. Öz istəyinizi əvvəlcədən bildirin, donor olaraq qeydiyyatdan keçin ki, ailəniz tərəddüd etməsin. Özünüzə sual verin: əgər orqan transplantına ehtiyacınız olsaydı, qəbul edərdinizmi? Cavabınız ‘bəli’dirsə, bağışlamağa da hazır olun.”
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654