Karpal Tunel Sindromu (KTS) – orta (median) sinirin karpal kanal (bilək kanalı) daxilində sıxılması nəticəsində yaranan nevroloji pozuntudur. Karpal tunel – əlin ovuc hissəsində yerləşən, sümüklər və bağlarla əhatə olunmuş dar bir anatomik boşluqdur. Bu sindrom gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərən, müalicə olunmadıqda oynaqda kontrakturaya (hərəkət məhdudiyyəti) səbəb olan xəstəlikdir.
Azmedinfo.az xəbər verir ki, diaqnoz pasiyentin şikayətləri və klinik qiymətləndirmə əsasında aparılır. İcbari tibbi sığorta hesabına aşağıdakı diaqnostik üsullardan istifadə olunur:
Elektromioqrafiya (EMQ) – əzələlərin bioelektrik fəaliyyətinin qiymətləndirilməsi;
Elektroneyroqrafiya (ENG) – sinirdə elektrik fəaliyyətinin qiymətləndirilməsi (impulsun yayılma sürəti və ya fəaliyyət potensialının ölçülməsi);
Ultrasəs müayinə (USM) – median sinirin vizualizasiyasını təmin edir;
Kompüter tomoqrafiya (KT) və maqnit rezonans tomoqrafiya (MRT) – bəzi hallarda əməliyyata hazırlıq zamanı əlavə diaqnostik metod kimi təyin olunur.
Müalicə taktikasının əsası karpal tunelin daralması səbəblərinin aradan qaldırılmasından ibarətdir. Bu məqsədlə həm konservativ terapiya, həm də cərrahi müdaxilə istifadə olunur. Konservativ müalicəyə çıxıqların salınması, əlin immobilizasiyası, endokrin və metabolik pozğunluqların korreksiyası, iltihabın və ödemlərin aradan qaldırılması daxildir. Xəstəliyin ilkin mərhələsində müalicəyə başlamaq şərti ilə halların yarısında konservativ terapiya yaxşı nəticələr verir. Konservativ tədbirlər effektsiz olduqda, yaxud xəstə həkimə gec müraciət etdikdə karpal tunel sindromu cərrahi müalicə tələb edir. Açıq və ya endoskopik əməliyyatlarla bilək kanalının həcminin artırılması və median sinirin sıxılmasının aradan qaldırılması təmin edilir.
KTS-nin müayinə və müalicəsi icbari tibbi sığorta təminatına daxildir. Pasiyentlər diaqnostik prosedurlardan tutmuş fizioterapiya və zəruri hallarda cərrahi müdaxilə daxil tibbi xidmətlərdən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında yararlana bilərlər.
KTS özünü aşağıdakı simptomlarla göstərir:
Baş barmaq və digər barmaqlarda (xüsusilə şəhadət, orta və adsız barmaqda) keyimə, qaşınma, iynəbatırma hissi;
Əldə zəiflik, kiçik əşyaları saxlamaqda çətinlik;
Simptomlar xüsusilə gecələr və əl eyni vəziyyətdə uzun müddət saxlandıqda (məsələn, avtomobil idarə edərkən, telefonla danışarkən) daha da güclənir;
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654