Pediatr-immunoloq Andrey Prodeus uşaqlarda tez-tez rast gəlinən Koksaki virusunun əsas əlamətlərini açıqlayıb. Xəstəlik ağızda səpgilərlə başlayır və bu, ağrılı stomatitlə müşayiət olunur.
Azmedinfo.az "Actualnews"a istinadən yazır ki, həkimin sözlərinə görə, tezliklə səpgilər əllərin içində, ayaq altlarında və omba nahiyəsində də əmələ gəlir. Bu səpgilər ağ rəngli maye ilə dolu kiçik qabarcıqlar formasında olur. Bir-iki gün ərzində uşaqda tez-tez 39°C-yə qədər hərarət yüksəlir, ishal və qusma başlayır.
O, bildirib ki, Koksaki virusuna qarşı nə spesifik müalicə, nə də peyvənd mövcuddur. Terapiya simptomların yüngülləşdirilməsinə yönəlir. İshal və susuzlaşma əlamətləri olduqda uşağa tez-tez, az-az maye vermək tövsiyə olunur. Temperatur 37,5°C-dən yuxarı qalxdıqda hərarətsalıcı, qaşınma zamanı isə antihistamin preparatları istifadə edilməlidir.
Daha əvvəl terapevt-immunoloq Vladislav Jemçuqov bildirib ki, Koksaki virusu zamanı səpgilər məxmərək və suçiçəyi səpgilərinə bənzəyir. Onun sözlərinə görə, xəstəliyin ilkin əlamətlərinə həmçinin yüksək hərarət, əzələ ağrıları və həzm pozuntuları daxildir.
Həkimlər xatırladır ki, bu simptomlar müşahidə olunduqda digər təhlükəli infeksiyaları istisna etmək və fəsadların qarşısını almaq üçün dərhal həkimə müraciət etmək lazımdır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654