Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
07 Sentyabr 2026, Bazar ertəsi, 17:06
Əlaqə vasitələri
Bizimlə əlaqə
Azərbaycanda ana ölümü halları azalıb
14 Avqust 2025
964
Azərbaycanda ana ölümü halları azalıb

Rəsmi statistikaya əsasən, ötən il Azərbaycanda hamiləlik və doğuşla bağlı ana ölümü halları əvvəlki illə müqayisədə azalıb.

 

Azmedinfo.az xəbər verir ki, “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” adlı statistik məcmuədə yer alan məlumatlara görə, 2023-cü ildə 33 ana ölümü qeydə alınmışdısa, 2024-cü ildə bu rəqəm 29-a enib.

 

Mütəxəssislər bu azalmanı hamiləlik dövründə tibbi nəzarətin gücləndirilməsi, doğuş xidmətlərinin təkmilləşdirilməsi və vaxtında tibbi müdaxilələrin həyata keçirilməsi ilə əlaqələndirirlər.

Ən çox oxunanlar