Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
10 Oktyabr 2026, Şənbə, 07:46
Əlaqə vasitələri
Bizimlə əlaqə
Uşaqların sağlamlığının qorunması üçün profilaktik müayinələr və peyvəndləmə aparılır
07 Oktyabr 2026
116
Uşaqların sağlamlığının qorunması üçün profilaktik müayinələr və peyvəndləmə aparılır

Uşaqların sağlamlığının qorunması və xəstəliklərin profilaktikası icbari tibbi sığorta çərçivəsində göstərilən ilkin səhiyyə xidmətlərinin əsas istiqamətlərindəndir.

 

Azmedinfo.az xəbər verir ki, müayinə cədvəlinə uyğun olaraq uşaqlar icbari dispanserizasiyaya cəlb edilir, ehtiyac yarandıqda əlavə müayinə və müalicə üçün müvafiq həkim-mütəxəssisə yönləndirilirlər. Milli Peyvənd Təqviminə uyğun immunizasiya tədbirləri də həyata keçirilir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, uşaq və yeniyetmələrə sağlam qidalanma, yenidoğulmuşlara qulluq və ana südü ilə qidalanma barədə məsləhətlər verilir. Əhali arasında sağlam həyat tərzinin təşviqi məqsədilə sanitar-maarifləndirmə işi aparılır.

 

İlkin səhiyyə xidmətləri çərçivəsində uşaqların ağız boşluğu sağlamlığı da mütəmadi yoxlanılır, ağız boşluğuna qulluq və sanitar-gigiyenik vərdişlər öyrədilir. Zəruri hallarda qan, sidik və digər nümunələr götürülərək laborator müayinələrə göndərilir.

 

Məlumatda qeyd olunub ki, sağlam həyat tərzi və düzgün qidalanma vərdişlərinin erkən yaşlardan formalaşdırılması, eləcə də profilaktik tibbi müayinələrin vaxtında aparılması uşaqların sağlamlığının qorunmasında mühüm əhəmiyyət daşıyır.

Ən çox oxunanlar