Azmedinfo.az qlobal səhiyyə problemləri olan antimikrob müqavimət və moskitlə yayılan xəstəliklər barədə məlumatlandırıcı müəllif məqaləsini izləyiciləri ilə paylaşır.
Səssiz pandemiyalar: AMR və moskitlə yayılan infeksiyalarla mübarizə qlobal səhiyyə perspektivləridir
14 Avqust 2025
1024
Antimikrob müqavimət (AMR) və moskitlər vasitəsilə yayılan xəstəliklər bu gün dünya səhiyyəsinin qarşısında duran ən ciddi problemlərdən biridir. Bu məsələlər təkcə müəyyən ölkə və ya regionla məhdudlaşmır, bütün planet üçün kritik əhəmiyyət daşıyır.
AMR mikroorqanizmlərin antibiotiklərə və digər antimikrob preparatlara qarşı davamlılıq qazanması nəticəsində infeksiyaların daha çətin müalicə olunmasına gətirib çıxarır. Bu proses nəzarətsiz qalarsa, hazırda sadə üsullarla sağaldıla bilən xəstəliklər yenidən ölümcül təhlükəyə çevrilə bilər. Digər tərəfdən, Zika, Danq, Çikungunya və malyariya kimi moskitlərlə ötürülən xəstəliklərin yayılma arealı iqlim dəyişikliyi, beynəlxalq səyahət və urbanizasiya səbəbindən sürətlə genişlənir. İsti və rütubətli mühitlərdə çoxalan bu həşəratlar artıq yeni bölgələrə uyğunlaşaraq, əvvəllər rast gəlinməyən yerlərdə də xəstəlik daşıyıcısına çevrilirlər.
Beynəlxalq təcrübədən yanaşaraq Azərbaycanda bu problemlərlə mübarizə üçün yerli səviyyədə davamlı monitorinq sistemlərinin gücləndirilməsi vacibdir. AMR ilə bağlı olaraq antibiotiklərin həkim təyinatı olmadan istifadəsinə qarşı ciddi nəzarət mexanizmlərinin tətbiqi, həm əczaçılıq sektorunda, həm də tibb müəssisələrində məsuliyyətin artırılması zəruridir. Xəstəxanalarda infeksiya nəzarəti protokollarının tam icrası, laborator diaqnostika imkanlarının genişləndirilməsi və həkimlərin davamlı təlimlərlə yeni müalicə yanaşmalarına uyğunlaşdırılması da mühüm addımlardandır. Moskitlərlə yayılan xəstəliklərin qarşısının alınması üçün isə su hövzələrinin, durğun su yığıntılarının və bataqlıqların mütəmadi təmizlənməsi, vektor nəzarət proqramlarının həyata keçirilməsi, eyni zamanda əhalinin maarifləndirilməsi əhəmiyyətlidir. İqlim dəyişikliyi şəraitində risklərin artdığı nəzərə alınaraq, sərhəd-keçid məntəqələrində sanitar nəzarətin gücləndirilməsi, ölkəyə daxil olan şəxslərdə risk faktorlarının vaxtında müəyyənləşdirilməsi və xəstəliklərin erkən aşkarlanması üçün laborator imkanların artırılması tövsiyə olunur.
Bütün bu tədbirlərin effektivliyi yalnız dövlət qurumlarının deyil, eyni zamanda vətəndaşların da məsuliyyətli davranışından asılıdır. Antibiotiklərin düzgün istifadəsi, şəxsi gigiyena qaydalarına əməl edilməsi və xəstəlik riskləri barədə məlumatlı olmaq həm AMR-in yayılmasının, həm də moskit mənşəli infeksiyaların qarşısının alınmasında əsas rol oynayır. Azərbaycan üçün bu məsələlərə indi diqqət ayırmaq gələcəkdə daha böyük səhiyyə xərclərinin və itkilərin qarşısını ala bilər. Bu səbəbdən mövzunun yalnız tibb mütəxəssisləri deyil, bütün cəmiyyət tərəfindən ciddi qəbul edilməsi vacibdir.
Ruslan KƏRİMOV
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654