Səhiyyə naziri Teymur Musayevin təşəbbüsü ilə ərsəyə gələn “TürkTransplant” platforması Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə sistemləri arasında inteqrasiyanı təmin edən mühüm layihədir. Təşəbbüsün əsas məqsədi orqan çatışmazlığından əziyyət çəkən pasientlərə daha tez və effektiv kömək etmək, insan həyatının xilasına töhfə verməkdir.
Azmedinfo.az Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin məlumatına əsasən yazır ki, 2023-cü ildə TDT Səhiyyə Nazirlərinin İclasında əldə edilən razılaşmaya əsasən təməli qoyulan bu platformanın yaradılmasına dair Niyyət Protokolu 8 oktyabr 2024-cü il tarixində Şuşa şəhərində keçirilən TDT Səhiyyə Nazirlərinin 4-cü İclasında rəsmən imzalandı. Platforma donor orqan və toxuma çatışmazlığını aradan qaldırmağı hədəfləyir. Türkdilli xalqların genetik yaxınlığı nəzərə alınaraq, layihənin ilk mərhələsi kök hüceyrə transplantasiyası ilə başlamaqdadır.
Yaradılan ortaq məlumat bazası vasitəsilə gözləmə siyahısında olan pasientlərin və potensial donorların qeydiyyatı vahid mərkəzdən izlənilir. Vaxtın kritik önəm kəsb etdiyi təcili hallarda donor-resepiyent uyğunluq testləri sürətləndirilir.
“TürkTransplant” çərçivəsində üzv ölkələrin cərrahları, reanimatoloqları və transplantasiya koordinatorları üçün birgə təlim proqramları təşkil edilir. Təlimlər xüsusilə beyin ölümünün elmi və hüquqi baxımdan düzgün təsbit olunması, donor ailələri ilə psixoloji işin aparılması və əməliyyatların yüksək beynəlxalq standartlarla icrasına yönəlir.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova platformanın bir çox istiqamətlərdə fayda gətirəcəyini qeyd edir:
"TürkTransplant" layihəsi Türk dünyasında tibbi əməkdaşlığı və həmrəyliyi yeni mərhələyə qaldıran strateji addımdır. Beynəlxalq əməkdaşlıq çərçivəsində Niyyət Protokolunun imzalanması yalnız orqan və toxuma mübadiləsini deyil, həm də vahid məlumat bazasının formalaşdırılmasını, genetik uyğunluqların sürətli təyini və kadr hazırlığını təmin edəcək. Bir insanın ölümdən sonra başqa insanlara həyat bəxş etməsi missiyasını qardaş ölkələrlə birgə həyata keçirmək donor çatışmazlığının aradan qaldırılmasına misilsiz töhfə verir.”
-
Orqan donorluğu və transplantasiya sahəsində Anlaşma Memorandumu imzalanıbƏn çox oxunanlar08 Oktyabr 2026602
-
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşübƏn çox oxunanlar09 Oktyabr 2026580
-
Pediatrik bioetika və süni intellektin etik məsələləri beynəlxalq konfransda təhlil edilibƏn çox oxunanlar05 Oktyabr 2026512
-
Fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıbƏn çox oxunanlar07 Oktyabr 2026350
-
Onlar Allahı layiqincə dərk etmədilərƏn çox oxunanlar05 Oktyabr 2026338
-
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdırƏn çox oxunanlar08 Oktyabr 2026316
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edibƏn çox oxunanlar05 Oktyabr 2026306
-
Şəkərli diabet xəstələrinə əlillik hansı hallarda təyin olunur?Ən çox oxunanlar07 Oktyabr 2026306
-
Din birdir - İslamƏn çox oxunanlar06 Oktyabr 2026296
-
Pirallahıda məktəblilər arasında zərərli vərdişlərə qarşı maarifləndirmə aparılıbƏn çox oxunanlar05 Oktyabr 2026294
-
Nyu-Yorkda qızılcaya görə fövqəladə vəziyyət elan edildiƏn çox oxunanlar06 Oktyabr 2026288
-
Gülnaz Dadaşova beynəlxalq proCardio 2026 simpoziumunda iştirak edibƏn çox oxunanlar10 Oktyabr 2026240
-
Quranda hicab əmri varmı?Ən çox oxunanlar12 Oktyabr 2026232
-
Vərəm xəstəliyinin aradan qaldırılması, profilaktikası və erkən aşkarlanması sahəsində yanaşmalar dəyişirƏn çox oxunanlar10 Oktyabr 2026220
-
RGEM molekulyar diaqnostika və epidemioloji nəzarət sahəsində əməkdaşlığı genişləndirirƏn çox oxunanlar10 Oktyabr 2026216
-
Quranın meyarında tarixi kimlikƏn çox oxunanlar09 Oktyabr 2026194
-
Uşaqların sağlamlığının qorunması üçün profilaktik müayinələr və peyvəndləmə aparılırƏn çox oxunanlar07 Oktyabr 2026168
-
8 Oktyabr – Ümumdünya Görmə GünüdürƏn çox oxunanlar08 Oktyabr 2026166
-
Müasir diabetologiyanın əsas hədəfi dəyişir – Diqqət xəstənin bütöv sağlamlığına yönəlirƏn çox oxunanlar07 Oktyabr 2026156
-
əl-Bəqərə surəsi, 256-cı ayə nə deyir?Ən çox oxunanlar13 Oktyabr 2026150