Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
23 Noyabr 2026, Bazar ertəsi, 17:19
Əlaqə vasitələri
Bizimlə əlaqə
Yeni Klinikada “Təhlükəsiz sterilizasiya: nəzəriyyədən praktikaya” təlimi baş tutub  
23 Noyabr 2026
128
 Yeni Klinikada “Təhlükəsiz sterilizasiya: nəzəriyyədən praktikaya” təlimi baş tutub   
Yeni Klinikanın Tibbi Tədris – Simulyasiya Mərkəzində Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinin sterilizasiya otaqlarına cavabdeh tibb bacıları üçün növbəti
“Təhlükəsiz sterilizasiya: nəzəriyyədən praktikaya” təlimi təşkil olunub.
 
 
Azmedinfo.az xəbər verir ki, Yeni Klinikanın Sterilizasiya bölməsinin müdiri Nazim Orucəliyev tərəfindən keçirilən üç hissəli təlim nəzəri və praktiki biliklərin təkmilləşdirilməsinə yönəlib.
 
Nəzəri hissədə mərkəzi sterilizasiya şöbəsinin iş prinsipləri, nəzarət və sənədləşmə qaydaları, peşə riskləri və fərdi qoruyucu vasitələrdən istifadə mövzuları əhatə olunub.
Ən çox oxunanlar