Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
23 Noyabr 2026, Bazar ertəsi, 10:16
Əlaqə vasitələri
Bizimlə əlaqə
Fransada COVID-19-a yoluxma halları artmaqda davam edir
21 Noyabr 2026
464
Fransada COVID-19-a yoluxma halları artmaqda davam edir

Fransada son günlər COVID-19 virusunun yayılmasında yenidən artım müşahidə olunur. Bununla belə, səhiyyə orqanları yoluxma sayındakı yüksəlişin hələlik xəstəxanalara və tibbi xidmətlərə ciddi təsir göstərmədiyini bildirirlər.

Azmedinfo.az "The Connexion" portalına istinadən xəbər verir ki, virusun çirkab sularda aşkarlanma göstəricisi yay aylarından etibarən yüksəlir və hazırda çox yüksək səviyyəyə çatıb. Son bir ay ərzində bu göstəricidə təxminən 40 faiz artım qeydə alınıb.

Səhiyyə orqanlarının məlumatına əsasən, şəhər tibb müəssisələrində və xəstəxanalarda, xüsusilə böyüklər arasında yoluxma göstəriciləri nəzərəçarpacaq dərəcədə artıb. Buna baxmayaraq, COVID-19 şübhəsi ilə tibbi yardıma müraciətlər və virusla əlaqəli ölüm halları hələ də aşağı səviyyədədir.

Paris şəhərində yerləşən Saint-Louis xəstəxanasının infeksion xəstəliklər üzrə mütəxəssisi Ann-Klod Kremyö mövcud vəziyyəti əhalidə əvvəlki yoluxmalar və vaksinasiya nəticəsində formalaşan immunitetin yüksək olması, eləcə də 2022-ci ildən yayılan Omikron variantının xüsusiyyətləri ilə əlaqələndirir.

Onun sözlərinə görə, Omikron variantı əsasən yuxarı tənəffüs yollarını zədələyir və daha çox soyuqdəymə, angina kimi nisbətən yüngül simptomlarla müşahidə olunur.

Bununla belə, mütəxəssis COVID-19-un hələ də ağır xəstəliyə səbəb ola biləcəyini və xüsusilə yaşlı insanlar üçün təhlükə yaratdığını vurğulayıb. Onun bildirdiyinə görə, hospitalizasiya və ölüm hallarının əksəriyyəti 70 yaşdan yuxarı şəxslər arasında qeydə alınır.

Ann-Klod Kremyö 65 yaşdan yuxarı insanları sağlamlıqlarını qorumağa və vaksinasiyanı davam etdirməyə çağırıb.

Ən çox oxunanlar