Avropa Dərman Agentliyi gəmiricilərdən yoluxan hantavirusa qarşı Avropa İttifaqında təsdiqlənmiş bir müalicə metodunun və ya peyvəndin olmadığını açıqladı. Niderland bayrağı altında üzən "MV Hondius" adlı sərnişin gəmisində qeydə alınan yoluxma halları ilə yenidən gündəmə gələn hantavirus, səhiyyə rəsmilərini hərəkətə keçirib.
Azmedinfo.az "European Medicines Agency"nin məlumatına istinadən yazır ki, Avropa Dərman Agentliyi (European Medicines Agency - EMA) virusa qarşı hələlik klinik olaraq təsdiqlənmiş hər hansı bir antiviral müalicənin və ya peyvəndin mövcud olmadığını açıqlayıb.
MÜALİCƏ YALNIZ DƏSTƏKLƏYİCİ QULLUĞA ƏSASLANIR
EMA Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəsmisi Yasmina Alkazar (Yasmina Alcazar) etdiyi açıqlamada, hantavirus infeksiyalarında hazırkı yanaşmanın erkən diaqnostika və dəstəkləyici qulluqdan ibarət olduğunu bildirdi. Alkazar, virusun heyvanlardan yoluxan strukturu səbəbindən peyvənd və antitellərin hazırlanması istiqamətində işlərin davam etdirildiyini, lakin bu prosesin hələ ilkin mərhələdə olduğunu ifadə etdi.
ANTİVİRAL DƏRMANLAR ÜÇÜN KAFİ MƏLUMAT YOXDUR
Rəsmi şəxs öz açıqlamasında qeyd etdi ki, bəzi antiviral dərmanlar fərqli xəstəliklərdə istifadə olunsa da, onların hantavirusa qarşı effektivliyini sübut edən kifayət qədər klinik məlumat yoxdur. Xüsusilə COVID-19 dövründə istifadə edilən "Favipiravir" kimi dərmanların bu virusa qarşı tövsiyə olunmadığı, hər bir dərmanın laboratoriya və klinik mərhələlərdən keçmədən istifadə edilməməsi gərəkdiyi vurğulandı.
PEYVƏND VƏ MÜALİCƏ İLƏ BAĞLI İŞLƏR DAVAM EDİR
EMA Fövqəladə Hallar üzrə İşçi Qrupu (Emergency Task Force) vasitəsilə hantavirusa qarşı peyvənd və müalicə üsullarının hazırlanması işlərinə dəstək verməyə hazır olduğunu bəyan etdi. Qurum xüsusilə gəmiricilər vasitəsilə ötürülən Bunyaviricetes sinfinə aid viruslara qarşı araşdırmalar aparan əczaçılıq şirkətlərinin izlənildiyini və tənzimləmə proseslərinin sürətləndirilə biləcəyini bildirdi.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261014
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026758
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026726
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650