Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
22 Oktyabr 2026, Cümə axşamı, 22:53
Əlaqə vasitələri
Bizimlə əlaqə
Çilidə hantavirus səbəbindən sanitar həyəcan rejimi elan edilib
29 İyul 2026
232
Çilidə hantavirus səbəbindən sanitar həyəcan rejimi elan edilib

Çili hökuməti hantavirusdan ölüm hallarının artması səbəbindən ölkə üzrə sanitar-epidemioloji həyəcan rejimi elan edib.

 

Azmedinfo.az "Gazeta" nəşrinə istinadən yazır ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

 

 

Bildirilib ki, cari ilin əvvəlindən indiyədək 46 yoluxma qeydə alınıb, onlardan 18-i ölümlə nəticələnib.

Həyəcan rejimi 2027-ci il iyulun 31-dək qüvvədə olacaq.

 

Qeyd edək ki, hantaviruslar kiçik məməliləri yoluxdurur, lakin insanlara da keçə bilir. Ağır hallarda infeksiya ağciyər zədələnməsinə, ürək çatışmazlığına və hemorragik qızdırmaya səbəb olur.

 
Ən çox oxunanlar