Alimlər tibb məqalələrində generativ süni intellektdən istifadənin gözləniləndən də geniş yayıldığını müəyyən ediblər
Tibb və elm dünyasının ən nüfuzlu məlumat bazalarında dərc olunan akademik işlərdə süni intellektdən istifadənin gözləniləndən də böyük miqyas aldığı üzə çıxıb.
Azmedinfo.az "Medimagazin"ə istinadən yazır ki, yeni araşdırma tibbi məqalələrin demək olar ki, hamısında böyük dil modellərinin izlərinin olduğunu göstərib. Bu nəticələr elmi obyektivlik və tədqiqatların orijinallığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
arXiv platformasında dərc olunan və tibbi ədəbiyyatın əsas məlumat bazalarından biri hesab edilən PubMed məlumatlarını təhlil edən genişmiqyaslı araşdırmada tibb sahəsində süni intellektdən istifadə araşdırılıb.
2025-ci ilin son aylarında dərc edilən məqalələrin 90 faizində süni intellektdən istifadənin əlamətləri aşkarlanıb. İl ərzində bu göstərici 77 faiz təşkil edib. Tədqiqatçılar bildirirlər ki, bu rəqəmlər elmi işlərdə generativ süni intellekt alətlərindən istifadənin sürətlə artdığını göstərir.
Elmi məlumatlarda “uydurma məlumat” təhlükəsi
Araşdırmanın nəticələri süni intellektdən yalnız qrammatik səhvlərin düzəldilməsi və dil redaktəsi üçün deyil, məqalələrin əsas məzmununu təşkil edən bölmələrdə də geniş istifadə edildiyini göstərib.
Təhlil edilən məqalələrin “Müzakirə” bölməsinin 78 faizində, tədqiqat nəticələrinin təqdim olunduğu “Nəticələr” bölməsinin isə 58 faizində süni intellekt izləri müəyyən edilib.
Tədqiqatın həmmüəlliflərindən, Belçikanın Gent Universitetinin kompüter alimi Dmitri Kobak “Nəticələr” bölməsində süni intellekt müdaxiləsinin ciddi risklər yaratdığına diqqət çəkib.
D.Kobakın sözlərinə görə, süni intellekt modelləri bəzi hallarda reallığa uyğun olmayan məlumatlar, yəni “halüsinasiyalar” yarada bilər. Bu isə yanlış tibbi məlumatların elmi ədəbiyyata daxil olması riskini artırır.
Tədqiqatçılar həmçinin məqalələrin giriş hissələrinin süni intellektə yazdırılmasının elmi obyektivliyə təsir göstərə biləcəyini bildirirlər. Belə yanaşmanın müəyyən elmi sahələrdə mövcud olan alqoritmik qərəzlərin akademik ədəbiyyata daşınmasına səbəb ola biləcəyi vurğulanır.
İngilis dili ana dili olmayan tədqiqatçılar üçün vasitə
Məlumatlar göstərir ki, süni intellektdən istifadə xüsusilə ingilis dili ana dili olmayan ölkələrdə çalışan tədqiqatçılar arasında daha geniş yayılıb.
Ekspertlər akademik dilin təkmilləşdirilməsi və dil baryerinin aradan qaldırılması məqsədilə süni intellekt alətlərindən tərcümə və redaktə vasitəsi kimi istifadəni təbii hesab edirlər.
Lakin mövcud aşkarlama üsullarının sadə qrammatik redaktə ilə məqalənin tamamilə süni intellekt tərəfindən hazırlanması arasındakı fərqi hər zaman müəyyən edə bilməməsi elmi jurnallar üçün keyfiyyətli və orijinal məzmunun seçilməsini çətinləşdirir.
Toronto Universitetinin sosial elmlər üzrə tədqiqatçısı Kayl Siler mövcud vəziyyəti qiymətləndirərkən süni intellektin akademik həyatın ayrılmaz hissəsinə çevrildiyini bildirib.
Onun sözlərinə görə, “Macun bir dəfə tüpdən çıxıbsa, onu yenidən içəri qaytarmaq mümkün deyil”.
Akademik prosesdə orijinallıq riski artır
Süni intellektdən istifadənin sürətlə artması fonunda dünyanın müxtəlif ölkələrində elmi jurnallar tədqiqatçılardan məqalə təqdim edərkən süni intellekt alətlərindən hansı formada istifadə etdiklərini açıqlamalarını tələb etməyə başlayıblar.
Lakin ekspertlər hesab edirlər ki, yalnız belə bir açıqlama öhdəliyinin tətbiqi problemi tam həll etməyəcək.
Almaniyanın Tübingen Eberhard Karls Universitetinin koqnitiv elm üzrə tədqiqatçısı Lena Holtsvart elmi düşüncə prosesinin əhəmiyyətinə diqqət çəkərək mühüm xəbərdarlıq edib.
Onun sözlərinə görə, fikirlərin formalaşdırılması, onların inkişaf etdirilməsi və zehni proseslərin sözlərlə ifadə olunması elmi metodologiyanın ayrılmaz hissəsidir.
L.Holtsvart hesab edir ki, məqalə yazmaq prosesinin süni intellekt sistemlərinə həddindən artıq həvalə edilməsi alimlərin məhz bu mühüm intellektual fəaliyyətdən məhrum olmasına gətirib çıxara bilər.
-
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşübƏn çox oxunanlar09 Oktyabr 20261170
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 2026740
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 2026732
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 2026634
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026628
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026626
-
Orqan donorluğu və transplantasiya sahəsində Anlaşma Memorandumu imzalanıbƏn çox oxunanlar08 Oktyabr 2026616
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026612
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 2026578
-
Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdirƏn çox oxunanlar13 Oktyabr 2026562
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 2026554
-
əl-Bəqərə surəsi, 256-cı ayə nə deyir?Ən çox oxunanlar13 Oktyabr 2026552
-
Quranda hicab əmri varmı?Ən çox oxunanlar12 Oktyabr 2026544
-
“Klinik bacarıqların tədrisi və qiymətləndirilməsində müasir yanaşmalar” mövzusunda seminar keçiriləcəkƏn çox oxunanlar13 Oktyabr 2026494
-
Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində uğurlu nəticələr əldə edilirƏn çox oxunanlar13 Oktyabr 2026486
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026444
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 2026442
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026422
-
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdırƏn çox oxunanlar08 Oktyabr 2026344
-
Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradırƏn çox oxunanlar12 Oktyabr 2026314