Tarixin yaddaşında elə anlar olur ki, orada yalnız silahlar deyil, həm də vicdanın və cəsarətin səsi döyüşür. 1990-cı ilin 20 yanvar hadisələri ərəfəsi akademik Adilə Namazova, bəstəkar, akademik Arif Məlikov və Ali Sovetin digər üzvləri 20 yanvar hadisələrinin ən gərgin dövründə fədakar addımları ilə sovet imperiyasının qanlı maşını qarşısında ziyalı ləyaqətini uca tutaraq, millətin haqq səsinə çevrildilər.
Akademik Adilə Namazovanın 20 Yanvar faciəsi ilə bağlı xatirələri və arxiv sənədləri, o dövrün qanlı hadisələrinə sadəcə bir şahidin deyil, həm də mübariz bir aydının gözü ilə baxmağa imkan verir. Alimin bu mövzuda danışdıqları və əlyazma qeydləri imperiya rəhbərliyinə qarşı mübarizə və ziyalı ləyaqətinin örnəyi idi.
Akademik Adilə Namazova o vaxt SSRİ Ali Sovetinin deputatı idi. Adilə xanım informasiya blokadasını yarmaq üçün göstərdiyi fədakarlıqdan bəhs edərkən vurğulayır ki, o, dünyanı bu vəhşilikdən xəbərdar etmək məqsədilə Moskvadakı rusiyalı demokrat deputatları təkidlə Bakıya çağırır. Bu dəhşətləri öz gözləri ilə görsünlər deyə onları şəxsən morqlara və xəstəxanalara aparır.
Adilə xanım zirehli texnikanın altında qalan, güllələnmiş təcili yardım maşınlarında ölən insanların, qətlə yetirilmiş körpələrin cəsədlərini nümayiş etdirməklə sovet təbliğat maşınının qanlı cinayətləri gizlədən yalanını alt-üst edir.
Adilə xanımın ən fədakar addımlarından biri Salyan kazarması hərbi şəhərciyinə gələrək, qanunsuz həbsdə olan 300-dən çox azərbaycanlı əsgər və zabiti azad etməsi oldu. Həmin gün Adilə xanımın akademik Arif Məlikovla Salyan kazarmasının qapısında qarşılaşdıqları mənzərə bir millətin iradəsinin sınağı idi.
Kazarmanın zirzəmilərində qanunsuz saxlanılan azərbaycanlı əsgər və zabitləri azad etmək istəyərkən sovet generallarının kəskin müqaviməti ilə rastlaşan Adilə xanım, yalnız Moskva ilə etdiyi birbaşa telefon danışığından sonra onların azad edilməsinə nail ola bilir. Daha sonra təqib və ölümdən qorumaq üçün Adilə xanım əsgər və zabitləri müxtəlif hərbi hospitallara yerləşdirir və bununla da çoxlu sayda hərbiçilərimizin həyatını xilas edir. Bir qisim azərbaycanlı hərbiçi daş karxanalarında saxlanılırdı, onların da xilas edilməsinə nail olunur. Hətta bir ananın öz oğlu üçün artıq yas məclisi qurduğu bir vaxtda, Adilə xanımın ona "oğlun sağdır" müjdəsini verməsi, o qanlı günlərin içində parlayan kiçik bir ümid işığı olur.
Axilə xanım qeyd edirdi ki, cənub bölgəsindən gətirilən etirazçılar Şüvəlan təcridxanasında çətin şəraitdə saxlanılırdı. O zamankı səhiyyə naziri Tələt Qasımovun da yaxından köməkliyi ilə cəmi bir gün sonra təcrid edilmiş həmin insanları Buzovna, Mərdəkan və Şüvəlan xəstəxanalarına yerləşdirdik. Onlar lazımi müalicə kursu keçdikdən sonra sağ-salamat evlərinə yola salındılar.
Adilə xanım gördüyü bu vəhşətlər qarşısında susmur. O, Bakı şəhərinin komendantı V.Dubinyak kimi qəddar hərbiçinin törətdiyi özbaşınalıqlara qarşı Moskvaya, imperiyanın mərkəzinə qədər səsini ucaldır və nəticədə qaniçən komendantın uzaqlaşdırılmasına nail olur.
Bu hadisələrdən sonra akademik Ziya Bünyadovun oğlu, istefada olan polkovnik Valeri Bunyadovun da Bakıya göndərilməsi və hərbi komendant təyin edilməsi şəhərdəki hərbi özbaşınalığın qarşısının alınmasında mühüm rol oynayır.
O dövrün siyasi mühitində Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində çalışan Elmira Qafarovanın rəsmi etirazı və bəstəkar Arif Məlikovun Moskvadakı deputat platformasında göstərdiyi qətiyyət Adilə xanımın mübarizəsinə böyük dəstək olmuşdu.
Hətta Moskavada SSRİ Ali Sovetin sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin qara kəlağayı və qara kostyumlarla nümayiş etdirdiyi o kəskin etirazın ardında dayanan əsas məqsəd Qanlı Yanvar faciəsinə beynəlxalq hüquq müstəvisində siyasi qiymət verilməsini tələb etmək idi.
Adilə xanım qeyd edir ki, sessiyadan sonra şəxsən özü SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçova yaxınlaşaraq onunla bir qrup nümayəndə ilə görüşmək istədiyini bildirir. M.Qorbaçovun kabinetində qarşılaşma baş tutur. Adilə xanım, yazıçı Anar və deputat, akademik Midhət Abbasovla birlikdə onun qəbulunda olarkən imperiya rəhbərinin qarşısına xalqın çığrısı olan teleqramlarla dolu bir bağlama qoyur. Adilə Namazova Bakıdakı vəhşilikləri əks etdirən fotoşəkilləri nümayiş etdirərək imperiya rəhbərliyini ifşa edir. Baş verən qanlı hadisələrlə bağlı haqlı suallar qarşısında M.Qorbaçovun səssizliyi əslində cinayətin etirafı idi.
Adilə xanım vurğulayırdı ki, ordunun ağlasığmaz qəddarlığı sadəcə bir hərbi müdaxilə deyil, insan hüquqlarının kobud şəkildə pozulması idi. Alim SSRİ rəhbərliyinin, xüsusilə Mixail Qorbaçovun və Müdafiə naziri Dmitri Yazovun hadisədəki birbaşa məsuliyyətini və tərəfkeşliyini ortaya qoyurdu. Üstəlik, Bakıya yeridilən qoşunların ehtiyatda olan əsgərlərdən ibarət olması, onların mülki əhaliyə və uşaqlara qarşı xüsusi qəddarlıq nümayiş etdirməsi bu cinayətin sistemli xarakterini sübut edirdi.
Sənədlərdə diqqət çəkən digər mühüm məqam Adilə xanımın erməni deputat Zori Balayana verdiyi sərt replikadır. O, Z.Balayanı “Ocaq” kitabı və millətçi çıxışları ilə münaqişəni qızışdırmaqda birbaşa ittiham edir.
20 Yanvar xalqımızın qan yaddaşı olmaqla bərabər, həm də onun ləyaqət və azadlıq mübarizəsinin zirvəsidir. Bu xalqın içərisindən çıxan sadə vətəndaşların ümumi mənafe naminə birləşməsi, Azərbaycan xalqının suverenliyinə qarşı yönəlmiş sistemli cəza tədbirinə qarşı dik dayanan ziyalılarımızın mübarizəsi idi.
Təranə Tağı-zadə
tibb üzrə fəlsəfə doktoru, dosent
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654