Ömür sürətlə keçib gedir. İnsan göz açıb-yumana qədər uşaqlıq gəncliyə, gənclik yetkinliyə, yetkinlik isə qocalığa çevrilir. Bu qısa həyat yolunda ailədə və cəmiyyətdə düzgün münasibətlərin vaxtında qurulmaması, məsuliyyətsizlik və laqeydlik səbəbindən bir çox fürsətlərin itirilməsinə, geri dönməz uğursuzluqlara gətirib çıxarır.
Buna görə də Quranı öyrənmək ömrün sonuna saxlanılacaq bir məşğuliyyət deyil. Onun öyrənilməsi ailədə başlamalı, uşaqlıqdan tərbiyənin bir hissəsinə çevrilməli, məktəb dövründə şüurlu şəkildə davam etməli və həyat boyu insanı müşayiət etməlidir.
Azmedinfo.az ruh və təfəkkür sağlamlığı, "Qurani maariflənmə" silsiləsindən Kamiloğlunun növbəti məqaləsini təqdim edir.
Çünki Quranın məqsədi yalnız keçmişi dəyərləndirmək və ya ölümə hazırlaşmaq deyil. O, həyatı yaşamağı, münasibətləri düzgün qurmağı, doğru qərarlar verməyi, haqqı və ədaləti qorumağı öyrədən bir rəhbərlikdir. Rəhbərlik isə yolun sonunda deyil, yolun əvvəlində və gedişi boyunca davam etməlidir.
Ömrün sonunda öyrənilən həqiqətlərin dəyəri olsa da, insan və cəmiyyət üçün ən böyük fayda həmin həqiqətlərin həyatın başlanğıcından etibarən öyrənilib tətbiq edilməsindədir. Buna görə Quran “qocalıq peşəsi” deyil, insanın bütün ömrünü istiqamətləndirən həyat məktəbidir.
İnsan həyatı qurduqdan sonra deyil, həyatı qurarkən rəhbərliyə ehtiyac duyur.
Məhz buna görə də:
- ailə qurulmamışdan əvvəl ailə dəyərlərini öyrənmək,
- uşaqları tərbiyə etməzdən əvvəl tərbiyənin prinsiplərini bilmək,
- cəmiyyətdə məsuliyyət daşımamışdan əvvəl haqq və ədalət anlayışını mənimsəmək
daha məntiqlidir.
İnsan yolunu qət etdikdən sonra deyil, yola çıxmazdan əvvəl xəritəyə baxmalıdır. Quran da həyat yolunun xəritəsidir.
Quran qocalıqda xatırlanacaq bir kitab deyil, gənclikdə istiqamət verəcək bir kitabdır.
Quran həyatın sonunda hesabat vermək üçün deyil, həyatın əvvəlindən düzgün yaşamaq üçün nazil edilib.
Ölümə hazırlaşmağın ən doğru yolu, ömrün sonunu gözləmək deyil, ömrün əvvəlindən şüurlu yaşamaqdır.
İnsan qocalanda zamanın qiymətini anlayır, lakin zamanın qiyməti gənclikdə dərk edilərsə, həyat daha az peşmançılıqla keçər.
Quranı ömrün sonuna saxlayan insan, çox vaxt onun göstərəcəyi yolu keçdikdən sonra xəritəni açmış olur.
Quran qəbirqabağı kitab deyil, həyatqabağı kitabdır.
Əlbəttə, insan hər yaşda Qurandan faydalana bilər. Lakin ailənin qurulduğu, xarakterin formalaşdığı, dostların seçildiyi, qərarların verildiyi dövrlər həyatın ilk mərhələləridir. Rəhbərliyə ən çox ehtiyac da məhz həmin mərhələlərdə olur.
Ömür bir dəfə verilir. Ona görə də Quran ömrün sonunda oxunan xatirə kitabına deyil, ömrün əvvəlindən yol göstərən həyat proqramıdır.
© Məqalədən istifadə edərkən müəllifə və ilkin mənbəyə istinad edilməsi mütləqdir. Məqalədəki fikir və mülahizələr müəllifin şəxsi mövqeyini əks etdirir. Redaksiyanın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.
-
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşübƏn çox oxunanlar09 Oktyabr 20261170
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 2026740
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 2026732
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 2026634
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026628
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026626
-
Orqan donorluğu və transplantasiya sahəsində Anlaşma Memorandumu imzalanıbƏn çox oxunanlar08 Oktyabr 2026616
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026612
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 2026578
-
Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdirƏn çox oxunanlar13 Oktyabr 2026562
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 2026554
-
əl-Bəqərə surəsi, 256-cı ayə nə deyir?Ən çox oxunanlar13 Oktyabr 2026552
-
Quranda hicab əmri varmı?Ən çox oxunanlar12 Oktyabr 2026544
-
“Klinik bacarıqların tədrisi və qiymətləndirilməsində müasir yanaşmalar” mövzusunda seminar keçiriləcəkƏn çox oxunanlar13 Oktyabr 2026494
-
Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində uğurlu nəticələr əldə edilirƏn çox oxunanlar13 Oktyabr 2026486
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026444
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 2026442
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026422
-
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdırƏn çox oxunanlar08 Oktyabr 2026344
-
Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradırƏn çox oxunanlar12 Oktyabr 2026314