Yeganə Abbasova: Əsas məqsədimiz hər bir uşağın vaxtında transplantasiya yardımı almasıdır
29 Avqust 2026
350
Ağır qan xəstəliklərindən əziyyət çəkən uşaqların sağlamlığına qovuşması üçün Azərbaycanda mühüm işlər görülür. Sümük iliyi transplantasiyası tələb edən xəstələrə keyfiyyətli müalicə imkanları yaradılır.
Azmedinfo.az xəbər verir ki, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin məlumatına görə, hazırda donoru olan xəstələrin sümük iliyi transplantasiyası dövlət vəsaiti hesabına Talassemiya Mərkəzində həyata keçirilir. 2025-ci ildən etibarən Liv Bona Dea Hospitalı da sümük iliyi transplantasiyası həyata keçirən tibb müəssisələri sırasına qoşulub.
Donoru olmayan uşaqların müalicəsi üçün də dövlət tərəfindən müvafiq imkanlar yaradılıb. 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə həyata keçirilən “Sümük iliyi transplantasiyası xidmətlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində uşaqlar üçün uyğun donor axtarışı Türkiyənin “TürkKök” ilik bankı vasitəsilə aparılır. Müvafiq donor müəyyən edildikdən sonra transplantasiya əməliyyatı layihə çərçivəsində dövlət hesabına Türkiyənin Anadolu Sağlıq Mərkəzində icra olunur.
Bu proses yalnız əməliyyatın təşkili ilə məhdudlaşmır. Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi (ODTKM) həm Bakıda, həm də Türkiyədə müalicə alan uşaqların vəziyyətini daim nəzarətdə saxlayır.
Mərkəzin rəhbərliyi mütəmadi olaraq Anadolu Sağlıq Mərkəzinə səfər edir, burada müalicə olunan uşaqları ziyarət edir, həkimlərlə onların səhhəti və müalicə prosesinin gedişi barədə fikir mübadiləsi aparır. Valideynlərlə də görüşlər keçirilir, onların şəraiti, ehtiyacları və narahat edən məsələlərlə yaxından maraqlanılır.
Bu günlərdə də Koordinasiya Mərkəzinin rəhbərliyi Anadolu Sağlıq Mərkəzində olub. Həkimlərlə görüş zamanı uşaqların hazırkı vəziyyəti və müalicənin gedişi müzakirə edilib, həmçinin valideynlərlə görüşlər keçirilib.
Valideynlər onlara və övladlarına göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə, Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə (ODTKM) minnətdarlıqlarını bildiriblər. Onların sözlərinə görə, istər Bakıda, istərsə də Türkiyədə koordinasiya və müalicə prosesində uşaqlarla çalışan heyətin diqqətli və həssas münasibəti ailələr üçün böyük mənəvi dəstəkdir. Uşaqların hətta kiçik arzuları və ehtiyacları belə nəzərə alınır, onların özlərini rahat və güvəndə hiss etmələri üçün hər cür şərait yaradılır.
Mərkəzin idarə heyətinin sədri Yeganə Abbasova bildirib ki, bu işdə əsas prioritet uşaqların sağlamlığıdır: “Bizim üçün ən böyük öncəlik uşaqların sağlamlığı olub və bundan sonra da olacaq. Təki bütün uşaqlar şəfa tapsın, sağlam həyatlarına qovuşsunlar. Bu istiqamətdə bütün imkanlardan istifadə edilir. Uşaqlar müəyyən olunmuş ardıcıllıqla müalicəyə və transplantasiya əməliyyatına göndərilirlər. Bu proses hər il ardıcıllıqla davam etdirilir. Əsas məqsədimiz odur ki, transplantasiyaya ehtiyacı olan hər bir uşaq vaxtında və lazımi tibbi yardımı alsın.”
Uşaqların sağlamlığı və gələcəyi hər zaman xüsusi diqqət tələb edən sahələrdəndir. Müalicə imkanlarının genişləndirilməsi, uşaqların lazımi tibbi yardımla təmin olunması və ailələrə hərtərəfli dəstəyin göstərilməsi bu baxımdan müstəsna əhəmiyyət kəsb edir.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654