Metformin 60 ildən artıqdır ki, tibbi praktikada geniş tətbiq olunur. Preparatın bu qədər uzun müddət əsas seçim olaraq qalması təsadüfi deyil, çünki o, yüksək effektivliyə malikdir, hipoqlikemiya riski yaratmır, çəki artımına səbəb olmur və qiymət baxımından olduqca münasibdir.
Azmedinfo.az xəbər verir ki, həkim-endokrinoloq, tibb üzrə fəlsəfə doktoru Oktay Hüseynovun sözlərinə görə, metforminin ən çox rast gəlinən mənfi xüsusiyyəti mədə-bağırsaq sisteminə göstərdiyi yan təsirlərdir: "Şişkinlik, qarında narahatlıq, köp, ürəkbulanma və xüsusilə ishal bəzi pasiyentlərdə müalicənin davam etdirilməsini çətinləşdirir. Bu cür hallarda uzadılmış təsirli metformin, yəni XR forması köməyə çatır".
Ekspert qeyd edib ki, adi metformin gündə iki dəfə qəbul edilir və həzm sistemində daha sürətlə sorulur. Metformin XR isə təsiredici maddəni qana tədricən buraxaraq mədə-bağırsaq şikayətlərini minimuma endirir. Xüsusilə adi metformini qəbul edərkən həzm problemi yaşayan xəstələr üçün "Siofor XR" və "Glucophage Long" kimi preparatlar uğurlu alternativ sayılır.
"Bununla belə, nəzərə almaq lazımdır ki, XR forması adi metformindən daha güclü deyil və qan şəkərini salmaq baxımından aralarında ciddi fərq yoxdur. Onun əsas üstünlüyü orqanizm tərəfindən daha rahat mənimsənilməsi və gündəlik qəbul asanlığıdır", - deyə həkim vurğulayıb.
Endokrinoloq onu da bildirib ki, praktikada adi forma mədə-bağırsaq narahatlığı yaratdıqda dozanı tədricən artırmaq, preparatı yemək zamanı qəbul etmək və ya XR formasına keçmək problemi əsasən həll edir. Eyni zamanda, metforminin uzunmüddətli istifadəsi zamanı orqanizmdə B12 vitamininin səviyyəsini də mütəmadi olaraq yoxlamaq vacibdir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654