Rəqəmsal inkişafın yeni mərhələsi: süni intellekt, səhiyyə və insan kapitalına strateji baxış
04 İyul 2026
386
"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası ölkəmizin inkişaf strategiyasında mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir".
Azmedinfo.az Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudovun "Rəqəmsal inkişafın yeni mərhələsi: süni intellekt, səhiyyə və insan kapitalına strateji baxış" adlı məqaləsini təqdim edir:
"İclasda rəqəmsal transformasiya, süni intellekt, kibertəhlükəsizlik, innovasiya və təhsil sahələrində görülən işlərin müzakirəsi, eləcə də qarşıdakı dövr üçün müəyyən edilən prioritetlər göstərir ki, Azərbaycan gələcəyin iqtisadi və sosial inkişaf modelini bu istiqamətlər üzərində qurmağı qarşıya məqsəd qoyub.
Bu gün dünya sürətlə dəyişir. Süni intellekt, böyük verilənlər, rəqəmsal platformalar və avtomatlaşdırılmış idarəetmə sistemləri artıq dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərə çevrilib. Bu baxımdan Azərbaycanın rəqəmsal inkişaf sahəsində qəbul etdiyi qərarlar yalnız texnoloji yenilənmə deyil, dövlət idarəçiliyinin keyfiyyətcə yeni mərhələyə keçidinin göstəricisidir.
İclas zamanı xüsusilə dövlət xidmətlərinin vahid platformada inteqrasiyası, süni intellekt həllərinin tətbiqi, kibertəhlükəsizlik sisteminin gücləndirilməsi, innovasiya ekosisteminin inkişafı və təhsilin rəqəmsallaşdırılması istiqamətində müəyyən edilmiş hədəflər bir-biri ilə sıx əlaqəli strateji yanaşmanın formalaşdığını göstərir.
Bu transformasiyanın ən böyük təsir göstərəcəyi sahələrdən biri səhiyyə olacaq.
Müasir səhiyyə artıq yalnız xəstəliklərin müalicəsi ilə deyil, məlumatların düzgün idarə olunması, erkən diaqnostika, risklərin proqnozlaşdırılması və fərdiləşdirilmiş tibbi xidmətlərin təşkili ilə xarakterizə olunur. Elektron səhiyyə sistemləri, vahid tibbi məlumat bazaları və süni intellekt əsaslı qərar dəstək sistemləri tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə yanaşı, səhiyyə resurslarından daha səmərəli istifadəyə də imkan yaradır.
Təhsil sahəsində həyata keçirilən rəqəmsallaşma tədbirləri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki rəqəmsal transformasiyanın mərkəzində texnologiya deyil, insan dayanır. Rəqəmsal bacarıqlara malik, analitik düşünən və innovativ yanaşmanı mənimsəyən insan kapitalı olmadan heç bir texnoloji inkişaf uzunmüddətli nəticə verə bilməz.
Elə bu məqam süni intellektin mahiyyətinə daha dərindən yanaşmağı zəruri edir.
Əslində, süni intellekt insan intellektinin alternativi deyil. O, insanın topladığı biliklərin, formalaşdırdığı düşüncə modelinin və yaratdığı məlumat bazalarının yüksək sürətlə işlənməsi və tətbiq edilməsidir. Başqa sözlə desək, süni intellekt təbii intellektin avtomatlaşdırılmış formasıdır.
Bu baxımdan süni intellektin gücü ilk növbədə onu formalaşdıran insan kapitalının gücü ilə müəyyən olunur. Elmi əsaslara söykənən təhsil sistemi, güclü tədqiqat mühiti, peşəkar kadr potensialı və sağlam idarəetmə prinsipləri süni intellekt texnologiyalarının cəmiyyət üçün real faydaya çevrilməsinin əsas şərtləridir.
Məhz buna görə Rəqəmsal İnkişaf Şurasının iclasında təhsilin, insan kapitalının, innovasiya ekosisteminin və rəqəmsal bacarıqların inkişafına xüsusi diqqət ayrılması strateji baxımdan olduqca əhəmiyyətlidir. Bu yanaşma göstərir ki, ölkəmiz rəqəmsal transformasiyanı yalnız texnologiyaların tətbiqi kimi deyil, insan potensialının inkişafı ilə paralel aparılan kompleks dövlət siyasəti kimi qiymətləndirir.
Azərbaycanın qarşıya qoyduğu məqsəd texnologiyanın insanı əvəz etməsi deyil, insanın imkanlarını genişləndirməsidir. Dövlət xidmətlərinin əlçatanlığının artırılması, səhiyyədə qərarvermənin daha dəqiq qurulması, təhsildə keyfiyyətin yüksəldilməsi və innovasiya iqtisadiyyatının inkişafı məhz bu yanaşmanın praktiki nəticələri olacaq.
Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası bir daha nümayiş etdirdi ki, Azərbaycan rəqəmsal gələcəyə sistemli və strateji baxış formalaşdırır. Bu baxışın mərkəzində isə texnologiya ilə yanaşı, insan kapitalı, elm, təhsil və səhiyyənin dayanıqlı inkişafı dayanır. Məhz bu vəhdət ölkəmizin rəqəmsal transformasiyasının uğurunu və uzunmüddətli inkişafını təmin edəcək əsas amillərdən biri olacaq".
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261014
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026758
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026726
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650