İnvaziv kardioloq Qalib İmanov tanınmış çinli kardiocərrahın apardığı ürək əməliyyatlarında iştirak edib
15 Avqust 2025
1528
Yeni Klinikanın direktor müavini, Ürək-Damar Mərkəzinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru, invaziv kardioloq Qalib İmanov Çin Xalq Respublikasında yerləşən “Fuwai” Xəstəxanasının (Milli Ürək-Damar Xəstəlikləri Mərkəzi) Struktur Ürək Xəstəlikləri Mərkəzinin direktoru, dünyaca tanınmış hibrid ürək-damar cərrahı Xiang-Bin Pan tərəfindən Qazaxıstanın Astana şəhərində təşkil olunan beynəlxalq masterklasslarda iştirak edib.
Azmedinfo.az xəbər verir ki, təlimlərdə “Perkutan və Flüoroskopiyasız Prosedur” (PAN proseduru) – angioqrafiya cihazı əvəzinə ultrasəs nəzarəti altında icra olunan innovativ perkutan müdaxilə terapiyası təqdim olunub. Təlim zamanı Qalib İmanov prosedurun bütün mərhələlərində iştirak edərək praktiki təcrübə qazanıb.
Üç gün davam edən proqram çərçivəsində invaziv kardioloq ümumi narkoz, açıq ürək əməliyyatı, radiasiya və kontrast maddələrin yaratdığı risklər olmadan icra edilən, xüsusilə hamilə qadınlar və böyrək çatışmazlığı olan pasiyentlər üçün daha təhlükəsiz, əlçatan və sərfəli müalicə imkanı verən 28 PAN prosedurunun icrasında iştirak edib.
Məlumat üçün bildirək ki, Xiang-Bin PAN, FACC, FESC ultrasəs nəzarəti ilə işləyən 40 patentli xüsusi tibbi alət ixtira edərək prosedurun texniki çətinliklərini minimuma endirib və daha çox insanın həyatını xilas etməyə imkan yaradıb. Hazırda Çin və Avropa tərəfindən təsdiqlənmiş 11 tibbi alət dünyanın 40-dan çox ölkəsində tətbiq olunur.
Professor Pan indiyədək Fransa, Tayland, Yaponiya, Malayziya, Filippin, İndoneziya, Qazaxıstan və digər ölkələr daxil olmaqla 23 ölkədə canlı əməliyyat nümayişləri həyata keçirib.
Qeyd edək ki, metod tibbi avadanlıqlardan asılılığı minimuma endirdiyi üçün adi struktur ürək xəstəliklərinin ambulator şəraitdə, hətta kənd yerlərində belə müalicəsinə imkan yaradır.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654