Ankarada yaşayan 8 yaşından bəri sol ayağında sümük şişi (tümör) ilə mübarizə aparan və uzun müddət yatağa bağlı qalan Seher Karakuş üçüncü əməliyyatdan sonra yenidən ayağa qalxdı.
Azmedinfo.az "TRT Haber"ə istinadən yazır ki, Diyarbəkirdə yaşayan Seher Karakuşun sol ayağında hələ uşaq yaşlarında şiş aşkarlanıb. Kimyaterapiya və iki əməliyyata baxmayaraq xəstəlik irəliləyib. İnfeksiya səbəbindən ayağında qısalma yaranan Seher artıq yeriyə bilmirdi. Həkimlər ayağının kəsilməsini təklif etsələr də, ailəsi onu Ankarada xüsusi xəstəxanaya aparıb. Burada keçirilən üçüncü əməliyyat zamanı şiş tamamilə çıxarılıb. Əməliyyat nəticəsində 25 santimetr olan qısalma 10 santimetrə endirilib. Seher artıq qoltuq ağacı ilə yeriyir.
Xəstəlik və müalicə dövründə yazdığı gündəlikləri bir kitabda toplayan Seher, sağalma və ayağa qalxma mübarizəsini ikinci kitabında qələmə alır.
"Ən çox qorxduğum ayağımın kəsilməsi idi"
Seher Karakuş xəstəliyi haqqında danışarkən bildirib: “8 yaşımda ayağımda şiş olduğunu dedilər. Kimyaterapiya aldım, əməliyyatlar keçirdim, infeksiya oldum. Ayağımın kəsilməsini istəmirdim. Murat hoca əməliyyatı üzərinə götürdü və uğurla həyata keçirdi. Çox çətin əməliyyat idi. İndi çox xoşbəxtəm.”
"Xəstələrə örnək olsun deyə yazdım"
Seher deyir ki, xəstəxanada darıxdığı üçün gündəlik yazırmış: “Çiğdem xalam dedi ki, bunu kitaba çevirək, başqalarına nümunə olsun. Mən də razılaşdım. İlk kitabı 10 yaşımda yazmağa başladım, indi ikinci kitab üzərində işləyirəm.”
Həkimlərin fikirləri
Seherin həkimi Prof. Dr. Şefik Murat Arıkan: “Əsas məqsədimiz onu yataqdan qaldırmaq idi və buna nail olduq. Gələcəkdə tamamilə desteksiz yeriyə biləcək. Son bir əməliyyatla qısalığı da düzəldəcəyik.”
Op. Dr. Sinan Yılmaz: “Bu xəstəliklər çox vaxt əlil qalma və ya uzuv itkisi ilə nəticələnir. Seherin ayağını qoruduq, ən əsası isə xərçəngi məğlub etdik. İndi məqsədimiz onu gündəlik həyata qaytarmaqdır.”
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654