Minimal invaziv cərrahiyyə adlanan, kiçik kəsiklərlə, xüsusi avadanlıq və müasir texnologiyalarla həyata keçirilən bir çox əməliyyatlar icbari tibbi sığorta təminatına daxildir. Bu üsul pasiyentlər üçün daha az risk, az ağrı və qan itkisi, qısa bərpa müddəti ilə seçilir. Ənənəvi açıq əməliyyatlara nisbətən bu müdaxilələr zamanı infeksiya riski, hospitalizasiya müddəti və travmatizasiya əhəmiyyətli dərəcədə azalır. 2024-cü il ərzində 98 365-dən çox minimal invaziv cərrahi müdaxilə icbari tibbi sığorta hesabına həyata keçirilib.
Azmedinfo.az xəbər veri ki, İcbari tibbi sığorta hesabına göstərilən minimal invaziv cərrahi xidmətlər bir sıra əsas sahələri əhatə edir. Ürək-damar sisteminə aid əməliyyatlar - müxtəlif lokalizasiyalı arteriyalara stent qoyulması, qapaqların endovaskulyar yolla dəyişdirilməsi, torakal və abdominal aortaya endovaskulyar yolla qreft implantasiyası, damarların balonla genişləndirilməsi (balon valvuloplastika), aritmiyalara səbəb olan sahələrin ablasiyası və s. kimi müdaxilələr həyati əhəmiyyət daşıyır.
Sinir sistemi və onurğa ilə bağlı icra olunan prosedurlar arasında serebrospinal (likvor) maye dövranının çətinləşdiyi və ya tamamilə mümkün olmadığı hallarda likvorun dövr etməsi üçün şunt yerləşdirilməsi, onurğa ağrılarından qurtarmaq üçün faset denervasiyası, kompession fəqərə sınıqlarında və sınıq riski olan fəqərə cisimlərinə sümük sementinin yeridilməsi (vertebroplastika) və bir çox digər müdaxilələr minimal travma ilə həyata keçirilir.
Həzm sistemi üzvlərinin xəstəliklərində qida borusu, mədə, qaraciyər, öd kisəsi, mədəaltı vəzi, nazik və yoğun bağırsaqlar üzərində icra edilən bir çox əməliyyatların endoskopik və laparoskopik üsullarla icrası pasiyentlər üçün daha təhlükəsiz, az ağrılı və bərpa müddətinin qısa olması ilə fərqlənir.
Urologiya istiqamətində də bir sıra minimal invaziv müdaxilələr icbari tibbi sığorta təminatına daxildir. Bunlara misal olaraq böyrəkdə yığılan sidiyin ifrazına maneə yarandığı hallarda sidiyin xaric olunması üçün böyrək ləyəninə boru yerləşdirilməsi (nefrostomiya), böyrək, sidik axarları, sidik kisəsi daşlarının və zədələnməsinin endoskopik yolla çıxarılması və destruksiyası, prostat vəzi üzərində sidik kanalından keçməklə icra edilən əməliyyatları göstərmək olar.
Ginekoloji sahədə isə uşaqlıq, yumurtalıqlar və fallop boruları, uşaqlıq yolu üzərində aparılan əməliyyatlar da (məs., miomanın çıxarılması (laparoskopik miomektomiya), uşaqlığın çıxarılması (histerektomiya), endometrioz ocaqlarının yandırılması (koaqulyasiya), eləcə də uşaqlıq sallanmasının aradan qaldırılması və bir çox digər müdaxilələr) minimal invaziv üsulla icra oluna bilər.
Bunlardan başqa döş qəfəsi orqanları və dayaq hərəkət sistemi (oynaq, sümük, əzələ və vətərlər) üzərində icra olunan minimal invaziv əməliyyatlar da travmatizasiya, qan itkisi, ağrını minimuma salmaqla pasiyentlərin normal həyata daha tez dönməsinə xidmət edir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654