Quanqzhou şəhərində fəaliyyət göstərən "Kaiwa Technology" şirkəti, insanabənzər yox, lakin süni uşaqlığa sahib bir robot hazırlamaqdadır. Bu robotun qarın nahiyəsində döl süni amniotik maye içində inkişaf edəcək və borular vasitəsilə qidalanaraq hamiləliyi tam şəkildə həyata keçirə biləcək bir sistemi ehtiva edir
Azmedinfo.az "New York Post"a istinadən yazır ki, layihənin 2026-cı ildə prototip səviyyəsində təqdim edilməsi planlaşdırılır və qiymətinin 100 000 yuan (təxminən 14 000 USD) olacağı gözlənilir.
“Bu sadəcə inkubator deyil, konsepsiyadan doğuşa qədər olan bütün mərhələləri təkrarlayan bir qurğudur”, — deyə "Kaiwa Technology"nin təsisçisi Zhanq Qifeng bildirib.
Bu texnologiya infertil cütlüklərə yeni ümidlər verə bilsə də, hələ bir sıra kritik aspektlər qaranlıq olaraq qalır. Məsələn: Döllənmə prosesinin texniki detalları — fertilizasiya və implantasiya necə baş tutacaq?
Bundan əlavə, doğuş prosesi — robotun çətin və zərif doğumu necə idarə edəcəyi naməlumdur.
Bu texnologiyanın tibbdə tətbiqi çoxsaylı imkanlar versə də, ciddi elmi və etik problemləri də gündəmə gətirir:
Fizioloji məhdudiyyətlər: Ana bədəninin hormon, immun sistem və neyroloji stimullaşdırması.
Əlaqə və bağ: Uşaq və ana arasındakı emosional bağ necə formalaşacaq?
Hüquqi status: Süni yolla doğulan uşaqlar üçün ailə və şəxsiyyət hüquqları necə müəyyən ediləcək?
Cəmiyyət və tənzimləmə: Sosial norma və hüquq sistemində bu yeni formanın yeri nə olacaq?
"Hamilə robot" layihəsi tibb elmi və texnologiyası üçün potensial inqilab səviyyəsində bir yenilik kimi təqdim edilir. Lakin bu mərhələdə – 2026-cı ildə prototip təqdimatı planlaşdırılsa da – hələ çox sayda texniki, etik, psixoloji və hüquqi suallar cavabsız qalır. Bioetik komitələr, mütəxəssislər və hüquq sistemi bu yeni çağırışa adekvat cavab hazırlamalıdır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654