Alimlər embrionların təxminən 60 faizinin niyə ana bətninə yerləşə bilmədiyini və ya qısa müddət sonra itirildiyini anlamaq məqsədilə süni uşaqlıq modeli yaradıb.
Azmedinfo.az "Euronews"a istinadən yazır ki, tarixi bir yeniliyə imza atan tədqiqatçılar, ilk dəfə olaraq insan embrionunun uşaqlıq bənzəri toxumaya yerləşməsini real vaxt rejimində videoya çəkə biliblər.
Hamiləliyin erkən dövrlərində baş verən “implantasiya” prosesini müşahidə etmək çətin idi. Həkimlər indiyədək yalnız məhdud sayda sabit görüntülərə əsaslanırdılar, çünki proses fasiləsiz qeydə alınmırdı.
Barselonadakı Kataloniya Biyomühəndislik İnstitutunun (IBEC) alimləri, embrionun uşaqlığa tutunması və implantasiya prosesini simulyasiya etmək üçün uşaqlıq selikli qişasının realistik modelini yaradıb.
Tədqiqatla bağlı IBEC-in Reproduktiv Sağlamlıq Biyomühəndisliyi şöbəsinin rəhbəri Samuel Ojosnegros Martos bildirib ki, insan embrionları sərbəst üzən formalardır. Onlar anaya bağlanmalıdır; əks halda həftələr sonra ultrasonda görünənə qədər itirilirlər. Yəni beşinci günlə ultrasonda görünən dövr arasında baş verənlər tamamilə ‘qara qutu’dur.
Süni uşaqlıq kollegen və proteinlərdən hazırlanıb, real toxumanı təqlid edir. Araşdırmada istifadə edilən insan embrionları bu təbəqənin üzərinə yerləşdirilib.
IBEC tərəfindən əldə olunan görüntülərdə embrionların toxumanın içinə fəal şəkildə daxil olduğu müşahidə edilib. Daha sağlam embrionlar zəif keyfiyyətli embrionlarla müqayisədə daha güclü şəkildə yerləşib, bu da implantasiya prosesində embrionun tətbiq etdiyi qüvvənin həlledici rol oynadığını göstərir.
Martos qeyd edib ki, insan embrionu olduqca istilacıdır, toxuma daxilində dəlik açaraq özünü güclü şəkildə ora çəkə bilir.
Araşdırma heyvan embrionları ilə də aparılıb. Təcrübə göstərib ki, insan embrionlarının əksinə, siçan embrionları süni uşaqlığın səthində qalır və toxumanın içinə daxil ola bilmir.
Tədqiqatın əhəmiyyəti
Implantasiya hamiləliyin davamlılığı üçün əsas mərhələdir. Embrionların təxminən 60 faizi ya uşaqlığa yerləşə bilmir, ya da qısa müddət sonra itirilir ki, bu da hamiləlik itkisinin (düşüklərin) ən yayılmış səbəblərindən biridir.
Mütəxəssislərin fikrincə, bu cür araşdırmalar uğurlu implantasiya ehtimalını artırmağa kömək edə bilər.
Oksford Universitetinin Reproduktiv Tibb professoru Tim Child (araşdırmada iştirak etməyib) bildirib ki, bu çox maraqlı bir işdir, çünki bəzi embrionların niyə yerləşə bildiyini, bəzilərinin isə niyə yerləşmədiyini anlamağa çalışır. Açığı, bu reproduksiyanın öyrənilməsi ən çətin hissələrindən biridir.
Araşdırma həmçinin həkimlərə süni mayalanma (IVF) müalicələrinin uğur nisbətlərini artırmağa yardım edə bilər.
Child qeyd eddib ki, əgər IVF embrionu genetik baxımdan normaldırsa, implantasiya şansı 80 faizə qədər yüksələ bilər. Amma bu heç vaxt 100 faiz deyil. Əsas sual budur: xromosom baxımından normal olsalar belə, niyə hamısı implantasiya ola bilmir?
Onun sözlərinə görə, laboratoriyada hazırlanmış embrionların uşaqlığa köçürülməsi hamiləlikdə “ən çox uğursuzluq baş verən mərhələdir”.
Child əlavə edib ki, bu araşdırma sayəsində gələcəkdə insan embrionlarının uşaqlığa yerləşmə şansını artırmaq üçün dərmanların istifadəsi mümkün olacaq.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654