Şəkərli diabet yalnız qanda şəkərin yüksəlməsi ilə deyil, həm də bir sıra ağır fəsadlarla nəticələnə bilər. Bu fəsadlardan biri də diabetik retinopatiyadır. Bu, gözün torlu qişasında (retinada) baş verən və vaxtında aşkar olunmadıqda daimi görmə itkisi ilə nəticələnə bilən ciddi göz xəstəliyidir.
Azmedinfo.az xəbər verir ki, şəkərli diabet aşkarlandığı zaman xəstələr ildə bir dəfə göz müayinəsindən keçməlidirlər. Əgər şəkərə bağlı göz zədələnməsi aşkarlanarsa göz müayinəsinin tezliyi həkim məsləhətinə uyğun aparılmalıdır. Şəkərli diabet xəstələrində oftalmoloji müayinə görmə itiliyi, gözdaxili təzyiqin ölçülməsi, göz almasının ön kəsiyinin müayinəsi və göz dibi müayinəsindən ibarətdir. Şəkərə bağlı göz dibi zədələnmələri aşkarlanarsa, OCT (Optik koherent tomoqrafiya) və FFA (Fundus Fluorescein Angiography) müayinələri təyin olunur. Şəkərə bağlı göz zədələnmələrinin müalicə üsulları isə Anti-VEGF preparatlar ilə göz dibi inyeksiyaları və Lazer fotokoaqulyasiyadır. Lakin bu müalicə üsulları yalnız zamanında aşkarlanmış və nəzarət altına alınmış hallarda effektiv olur. Ən ağır hallarda Pars Plana Vitrektomiya (PPV) əməliyyatı icra olunur. Sözügedən bütün müayinə və müalicə üsulları icbari tibbi sığorta ilə qarşılanır. Qeyd edək ki, stasionar xidmət zamanı dərman və tibbi sərfiyyat da icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. Qeyd edək ki, 2024-cü il ərzində diabetik retinopatiyanın müalicəsi üçün 1600-dən çox tibbi xidmət göstərilib.
İcbari tibbi sığorta ilə sadalanan tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində) göndəriş əsasında icra olunur.
Diabetik retinopatiya diabet xəstələrinin təxminən 30-40%-ində müşahidə olunur və xüsusilə qan şəkərinə nəzarət zəif olan şəxslərdə daha sürətlə inkişaf edir. Xəstəlik, retina damarlarının zədələnməsi ilə başlayır və zamanla makulyar ödem (mərkəzi görməyə cavabdeh sahədə maye toplanması), qansızma ocaqları (mikroanevrizmalar və retinal qanaxmalar), vitreus hemorragiyası (gözün içini dolduran şəffaf mayeyə qan axması) və ən ağır halda isə traksional retina qopması ilə nəticələnə bilər. Traksional retina qopması proliferasiya etmiş damarların və çapıq toxumasının torlu qişanı dartaraq qopardığı ağır fəsaddır.
Məlumat üçün bildirək ki, xəstəliyin ilk mərhələlərində heç bir simptom olmaya bilər. Bu səbəbdən ağırlaşmaların qarşısını almaq üçün vaxtında edilən müayinələr həyati önəm daşıyır. Şəkərli diabet xəstələri qan şəkərinə ciddi nəzarət etməli, siqaretdən uzaq durmalı və həkim nəzarətini ertələməməlidirlər.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654