Orqan transplantasiyası həm həyat, həm ümid, insanlıq və fədakarlıq deməkdir. Uyğun orqan gözləyən dializ xəstələrinin ölümdən sonra orqanlarını bağışlaması isə insanpərvərlik nümunəsidir.
Azmedinfo.az xəbər verir ki, Kamil Zeynalov və İmanqulu Əmənova illər öncə böyrək köçürülüb. Onlar transplantasiyanı ümidlə gözləyən xəstələrin hisslərini yaxşı tanıyırlar və həmin xəstələrə dəstək olmaq üçün nəcib addım atıblar. Hazırda dializ müalicəsi alan Elşən Əliyev və İlqar İmanlı isə uyğun donor tapılacağı günü gözləyirlər.
Elşən Əliyev deyir: “Biz təkcə özümüz üçün yaşamırıq. Bir gün bu dünyadan köçsəm, istəyirəm ki, mənim orqanlarım başqa insanlara həyat versin.”
İlqar İmanlı əlavə edir: “Əgər mənə transplantasiya qismət olmasa, qoy hansısa xəstəyə həyat ümidi olum. Ölüm sonrası hansı orqan və toxumaların istifadəyə yararlı olacağına həkimlər qərar verirlər. Qoy gözlərim bir uşağın dünyanı görməsinə səbəb olsun.”
Bu dörd nəfərin ölümdən sonra orqanlarını bağışlamaq üçün sənəd imzalaması onların həyata və insanlığa verdiyi böyük dəyəri göstərir: “Yaşamaq da, yaşatmaq da gözəldir. Həm gözləyirəm, həm bağışlayıram.”
Hazırda ölkəmizdə 5 minə yaxın insan dializ müalicəsi alır və onların əksəriyyəti transplantasiya üçün uyğun donor gözləyir. Ölümdən sonra orqan ianəsi bu insanların həyatını xilas edə bilər. Elşən və İlqar kimi həm orqan gözləyən, həm də həyat bağışlayan xəstələrə siz də ümid ola bilərsiniz.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026786
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026754
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654