Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, görkəmli ictimai-siyasi xadim Mehriban xanım Əliyevanın adı bu gün yalnız dövlətçilik və xeyirxahlıqla deyil, həm də tibb elmi və səhiyyə sahəsinə verdiyi töhfələrlə assosiasiya olunur. Onun ömür yolu insan həyatına, sağlamlığına və rifahına dərin bağlılığın canlı nümunəsidir.
Azmedinfo.az oxucularına təqdim etdiyi bu yazıda doğum günündə Azərbaycanın Birinci vitse-prezidenti, Birinci xanım Mehriban Əliyevanın həkimlik yoluna, tibb elminə verdiyi töhfələrə və səhiyyənin inkişafındakı xidmətlərinə qısa nəzər salır.
Mehriban Əliyeva 1982-ci ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olunub. Təhsilini davam etdirərək 1988-ci ildə İ. M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə başa vurub. Bu, onun zəhmətkeşliyi, elmə bağlılığı və peşəsinə göstərdiyi məsuliyyətin bariz göstəricisi idi.
Elmi yolunun davamı kimi, 1988–1992-ci illərdə məşhur oftalmoloq, akademik Krasnovun rəhbərliyi altında Moskvadakı Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda çalışıb. Burada qazandığı təcrübə, apardığı araşdırmalar və oftalmologiya sahəsində əldə etdiyi biliklər onun bir həkim və tədqiqatçı kimi formalaşmasına möhkəm zəmin yaradıb.
Mehriban xanım Əliyeva təkcə praktik tibb fəaliyyəti ilə kifayətlənməyib, tibbin fəlsəfi və etik tərəflərinə də xüsusi diqqət yönəldib. 2005-ci ildə “Evtanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. Bu iş tibbin yalnız bioloji deyil, həm də mənəvi-əxlaqi tərəflərinə verdiyi önəmin göstəricisidir.
Mehriban Əliyeva həkim kimi qazandığı təcrübəni daha geniş miqyasda – ictimai fəaliyyətində də tətbiq edib. Heydər Əliyev Fondunun prezidenti kimi səhiyyə sahəsində həyata keçirdiyi layihələr – yeni xəstəxana və perinatal mərkəzlərin inşası, uşaq sanatoriyalarının bərpası, nadir xəstəliklərlə mübarizə proqramları – onun humanist baxışlarının təcəssümüdür.
O, həm də Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın səhiyyə sisteminin beynəlxalq miqyasda tanıdılmasına mühüm töhfələr verib. Həkimlərin peşəkar hazırlığının güclənməsi, əhalinin keyfiyyətli tibbi xidmət alması istiqamətində reallaşdırılan təşəbbüslər bu gün də ölkənin səhiyyə xəritəsində önəmli yer tutur.
Mehriban Əliyevanın fəaliyyəti göstərir ki, onun üçün həkimlik sadəcə bir peşə deyil, insanlara həyat və ümid bəxş edən müqəddəs bir missiyadır. Onu sadəcə dövlət rəhbəri, ictimai xadim və xeyriyyəçi kimi deyil, həm də alim həkim, elm və humanizmin simvolu kimi xatırlamaq yerinə düşər.
Onun doğum günü təkcə şəxsi yubiley deyil, həm də minlərlə insan üçün ümid, şəfa və xeyirxahlıq işığının rəmzidir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654