“Özəl tibb fəaliyyəti haqqında” Qanuna əsasən, xüsusi tibb müəssisələri yalnız tibbi xidmətlərin müəyyən istiqamətləri üzrə verilmiş lisenziya əsasında və həmin sahəyə uyğun ixtisası olan mütəxəssislərlə əmək müqaviləsi bağladıqdan sonra fəaliyyət göstərə bilərlər.
Azmedinfo.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova məlumat verib.
Onun sözlərinə görə, müəssisə rəhbəri tibbi fəaliyyətə görə birbaşa məsuliyyət daşıyır və tibbi heyətlə bağlı bir sıra tələblərin yerinə yetirilməsinə nəzarət etməlidir:
* “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna uyğun olaraq tibb işçiləri müntəzəm tədris və sertifikasiyadan keçməlidirlər;
* Sertifikasiyadan keçməyən şəxslərin praktik tibb fəaliyyəti ilə məşğul olması yolverilməzdir;
* Müəssisə statistik qeydiyyat və hesabatları qanunvericiliyə uyğun aparmalı, onların düzgünlüyünə görə cavabdehdir;
* Pasiyentin sağlamlıq göstəriciləri, tibbi xidmətlərin həcmi və nəticələri ilə bağlı sənədləşmə Nazirliyin müəyyən etdiyi qaydalara əsasən aparılmalıdır;
* Pasiyent tələb etdikdə müəssisə lisenziya, sertifikasiya və digər rəsmi sənədləri təqdim etməlidir;
* Hər bir pasiyent müayinənin və müalicənin nəticələri ilə tanış edilməli, diaqnoz izah olunmalıdır.
T. Həsənova əlavə edib ki, pasiyentin seçimi əsasında müalicə həkimi müəssisə rəhbəri tərəfindən təyin edilir və ehtiyac olduqda, rəhbərlik pasiyentin müraciəti ilə həkimin dəyişdirilməsini təmin etməlidir.
Qeyd olunub ki, vətəndaşlar özəl tibb müəssisələrində qeyri-qanuni fəaliyyət, nöqsan və ya şikayət halları ilə bağlı Analitik Ekspertiza Mərkəzinə “Bir pəncərə” sektoru, (012) 596 05 20 nömrəli qaynar xətt, [aem@pharma.az](mailto:aem@pharma.az) elektron poçt ünvanı və [www.pharma.az](http://www.pharma.az) saytının “Müraciət” bölməsi vasitəsilə müraciət edə bilərlər.
Daxil olan müraciətlər hüquqi çərçivədə araşdırılır və zərurət yarandıqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar aparılır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654