Dünyanın müxtəlif ölkələrindən 100 mindən çox gəncin iştirak etdiyi araşdırma göstərib ki, 13 yaşından əvvəl ağıllı telefona sahib olmaq, erkən gənclik dövründə ciddi psixi sağlamlıq problemləri ilə əlaqəlidir.
Azmedinfo.az "TRT Haber"ə istinadən yazır ki, nəticələrə görə, bu yaşda telefondan istifadə edənlər 18–24 yaş arasında intihar düşüncələri, aqressiya, reallıqdan uzaqlaşma, emosional nəzarətin zəifləməsi və özünə dəyər hissinin aşağı olması kimi çətinliklərlə üzləşirlər.
Mütəxəssislər bu neqativ nəticələrin əsas səbəbləri arasında erkən yaşda sosial şəbəkələrdən istifadə, kiberzorakılıq, yuxu rejiminin pozulması və ailə münasibətlərində zəifləməni göstərirlər. Məsələn, 13 yaşında telefon sahibi olanların psixi sağlamlıq göstəricisi orta hesabla 30, 5 yaşında telefon sahibi olanların isə cəmi 1 olub.
Tədqiqatı aparan Sapien Labs şirkətinin baş alimi Dr. Tara Thiagarajan, alkoqol və tütünə tətbiq olunan məhdudiyyətlərə bənzər yanaşma ilə 13 yaşdan kiçik uşaqların ağıllı telefona çıxışının məhdudlaşdırılmasının vacibliyini bildirib:“İnkişaf edən zehinlər onlayn mühitdən daha dərindən təsirlənir. Buna görə də siyasətçilərin ehtiyatlı mövqe sərgiləməsi zəruridir”.
Araşdırmada qeyd olunur ki, bəzi dövlətlər artıq uşaqların telefon istifadəsinə məhdudiyyətlər tətbiq edib. Fransa, Hollandiya, İtaliya və Yeni Zelandiya məktəblərdə mobil telefonlara qadağa qoyub. ABŞ-da isə Nyu-York, Alabama və Oklahoma kimi ştatlar oxşar məhdudiyyətlər tətbiq etməyə başlayıblar. Hollandiya hökumətinin apardığı araşdırma bu qadağaların şagirdlərin diqqətini toplama qabiliyyətini artırdığını göstərib.
Mütəxəssislərin müəyyən etdiyi dörd prioritet sahə:
Rəqəmsal savadlılıq və psixi sağlamlıq təhsilinin məcburi edilməsi;
13 yaşdan aşağı sosial media istifadəsinin izlənməsi və texnologiya şirkətlərinin məsuliyyət daşıması;
Sosial şəbəkələrə girişin yaşa görə məhdudlaşdırılması;
Telefon istifadəsinə mərhələli qadağaların tətbiqi.
Alimlərin sözlərinə görə, dəqiq səbəb-nəticə əlaqəsi tam sübut olunmasa da, əldə edilən qlobal miqyaslı nəticələr gözardı edilə bilməyəcək qədər ciddi göstəricilərdir. Erkən yaşda ağıllı telefon istifadəsi gələcəkdə fərdi rifah və cəmiyyətin sabitliyi üçün dərin mənfi təsirlər yarada bilər.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654