Avqustun 28-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxının İkinci Cabanı və Böyük Xınıslı kəndlərində müasir körpələr evi-uşaq bağçaları açılıb.
Azmedinfo.az xəbər verir ki, tədbirdə Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Leyla Əliyeva yeni inşa olunan müəssisələrə baxış keçirərək, uşaqlar üçün yaradılmış şəraitlə yaxından tanış olub.
Məlumat verilib ki, hər iki bağça kəndlərin mərkəzində yerləşir və tam müasir standartlara uyğun qurulub. Burada balacalar üçün oyun və yataq otaqları, musiqi və idman zalları, yeməkxana, tibb otağı, həmçinin inzibati və texniki bölmələr fəaliyyət göstərəcək. Məktəbəqədər təhsil müəssisələri lazımi avadanlıq və mebellə tam təmin edilib, həyətyanı sahələrdə yaşıllaşdırma işləri aparılıb, uşaqlar üçün əyləncə qurğuları quraşdırılıb.
İkinci Cabanı kənd bağçasının müdiri Töfə Bəşirova jurnalistlərə açıqlamasında bildirib ki, uzun illərdir fəaliyyət göstərən müəssisə əvvəl köhnə və yararsız binada işləyib.
Bildirlib ki, bağça illərdir normal şəraitdən məhrum idi, fəaliyyət fərdi evdə davam etdirilirdi. Heydər Əliyev Fondunun dəstəyi ilə qısa zamanda yeni bina inşa olunaraq istifadəyə verildi. Burada 1–3 və 4–6 yaş qrupları üzrə fəaliyyət göstəriləcək. Qonşu kəndlərdən də valideynlər müraciət edir.
Sonda qayğıya görə Fond rəhbərliyinə minnətdarlıq bildirlib.
Leyla Əliyeva həmçinin Şamaxı və Ağsuda bir sıra ailələri də ziyarət edib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654