İşğaldan azad olunmuş ərazilərdə səhiyyə xidmətlərinin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi ardıcıl tədbirlər həyata keçirir.
Azmedinfo.az xəbər verir ki, bu istiqamətdə “Böyük Qayıdış” proqramı çərçivəsində kompleks tibbi müayinələr və sağlam həyat tərzini təşviq edən maarifləndirici aksiyalar davam etdirilir.
Avqustun 29-da belə tədbirlərdən biri Füzuli şəhərində baş tutub. Aksiyanın təşkilatçısı Səhiyyə Nazirliyi, icrasında isə Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının həkim briqadası iştirak edib. Müayinələr həm yerli sakinləri, həm də Qarabağın bərpasında çalışan mütəxəssisləri əhatə edib.
Tədbirin əsas məqsədi əhalinin ağız boşluğunun ümumi vəziyyətini qiymətləndirmək, stomatoloji xəstəlikləri erkən mərhələdə aşkarlamaq, profilaktik tədbirlər görmək və məsləhətçi tibbi xidmətlər təqdim etmək olub.
ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru İmran Ağayevin rəhbərliyi ilə stomatoloq-terapevt, ortodont, ortoped, cərrah və uşaq stomatoloqundan ibarət mütəxəssis heyəti ətraflı müayinələr aparıb.
Aksiya çərçivəsində ümumilikdə 100-dən çox vətəndaş tibbi müayinədən keçib. Qeyd edək ki, Səhiyyə Nazirliyi “Böyük Qayıdış” proqramına dəstək məqsədilə digər azad edilmiş bölgələrdə də bu cür tibbi və maarifləndirici tədbirləri davam etdirir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654