ABŞ-ın UMass Memorial Health Massachusets xəstəxanasının əməkdaşları məcburi vaksinasiya tələbinə etiraz olaraq nümayiş keçiriblər.
Azmedinfo.az xəbər verir ki, bu barədə "Pravda" nəşri məlumat yayıb. Bildirilir ki, ştatdakı səhiyyə işçiləri üçün peyvənd olunma üzrə son müddət yaxınlaşır. Onlar 1 noyabra qədər COVID-19 peyvəndi qəbul etməli və ya tibbi göstərişlə vaksinasiya istisnası almalıdırlar, əks halda işdən azad olunacaqlar.
Xəstəxananın girişinə yaxın ərazidə 80-dən çox nümayişçi toplaşıb. Aksiyanın iştirakçıları bildiriblər ki, onlar peyvəndin əleyhinə deyillər, sadəcə seçim azadlığının tərəfdarıdırlar. Bəzi iştirakçılar həmçinin polis, dövlət qulluqçuları və peyvənd olunmağa məcbur edilən, lakin bunu istəməyən bütün insanlar üçün çıxış etdiklərini vurğulayıblar.
“Biz peyvəndlərin əleyhinə deyilik, ümumiyyətlə peyvəndlərə qarşı deyilik”, – deyə aksiyanın iştirakçısı Ceki Faşdjan bildirib. – “Biz sadəcə seçimin tərəfdarıyıq. Hesab edirik ki, hər birimiz orqanizmimizə daxil olan şeylər barədə sərbəst qərar verməliyik. Burada əsas məsələ seçim azadlığıdır. Bu prosesin hökumət tərəfindən məcburiyyət, şantaj və rüşvət vasitəsilə insanlara sırınması həmin azadlığı məhv edir”, – o əlavə edib.
UMass Memorial Health rəhbərliyi isə açıqlayıb ki, onların 16 500 əməkdaşından təxminən 90%-i artıq vaksin olunub.
Aksiyanın təşkilatçıları 31 oktyabrda daha genişmiqyaslı etirazın keçiriləcəyini bəyan ediblər.
CNN yazır ki, yeni bir araşdırmaya görə, COVID-19 vaksinasiya prosesini stimullaşdırmaq üçün təşkil edilən lotereyalar effektiv nəticə vermir.
Cümə günü JAMA Health Forum platformasında dərc olunan araşdırmada qeyd olunub ki, alimlər aprel ayının sonundan iyulun əvvəlinə qədər peyvənd olunanların iştirak etdiyi lotereyaların təşkil olunduğu 19 ABŞ ştatının məlumatlarını təhlil ediblər.
Araşdırma nəticəsində lotereyalarla peyvəndlənmə göstəriciləri arasında statistik cəhətdən əhəmiyyətli əlaqə aşkarlanmayıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026786
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026754
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654