Beyin ödemi –beyin toxumaları və toxumaarası sahələrdə maye toplanması nəticəsində yaranan və kəllədaxili təzyiqin artması ilə müşahidə olunan ciddi patoloji vəziyyətdir. Bu proses beyin hüceyrələrinin fəaliyyətini pozur, sinir sisteminin işini zəiflədir və həyati təhlükə yarada bilir. Beyin ödemi müxtəlif səbəblərdən – kəllə-beyin travmaları, insult, beyin şişləri, infeksion xəstəliklər, hipoksiya (oksigen çatışmazlığı), həmçinin metabolik pozuntular və yüksək təzyiqin təsiri fonunda meydana çıxa bilər.
Azmedinfo.az xəbər verir ki, xəstəliyin klinik əlamətlərinə kəskin baş ağrısı, ürəkbulanma və qusma, görmə pozuntuları, müxtəlif şüur pozulmaları, qıcolmalar, bəzən isə şüurun tam itməsi aiddir.
Beyin ödemi zamanı həyata keçirilən həyati vacib tibbi müdaxilələr icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata alınıb. Bu xidmətlərə kəllədaxili təzyiqin daimi nəzarətdə saxlanılması, beyin toxumasına təzyiqi azaltmaq üçün dekompressiv trepanasiya beyində yığılan artıq mayenin xaric edilməsi üçün drenlərin yerləşdirilməsi, eləcə də mədəcik şuntlarının qoyulması daxildir. Bununla yanaşı, xəstələrə stasionar şəraitdə göstərilən zəruri xidmətlər də sığorta hesabına təmin edilir.
Dəqiq diaqnostika məqsədilə müasir laborator və instrumental müayinə üsullarından istifadə olunur. Beyinin kompüter tomoqrafiyası (KT), maqnit rezonans tomoqrafiyası (MRT), kontrastlı MRT və neyrosonoqrafiya (yeni doğulmuş uşaqlarda beyin USM müayinəsi) beyin ödemini və onun səbəblərini müəyyənləşdirməkdə mühüm rol oynayır. Bundan əlavə, qanın ümumi və biokimyəvi analizi, elektrolit və qlükoza səviyyəsinin təyini, mikrobioloji və seroloji testlər, həmçinin elektroensefaloqrafiya (EEQ) kimi müayinələr də icra edilir. Bu müayinələr beynin fəaliyyətini kompleks şəkildə qiymətləndirməyə və düzgün müalicə taktikasını müəyyənləşdirməyə imkan yaradır.
Diaqnostik mərhələdən sonra xəstələr stasionar müalicəyə cəlb olunur. Beyin ödeminin səbəbi və ağırlıq dərəcəsinə uyğun olaraq pasiyentlərə dehidratasiyaedici terapiya (mannitol, hipertonik duz məhlulları və s.), kortikosteroidlər, elektrolit balansının bərpası, qlükoza səviyyəsinin tənzimlənməsi, oksigenlə müalicə və simptomatik terapiya tətbiq edilir. Ağır hallarda isə xəstələr reanimasiya şəraitində xüsusi nəzarət altında saxlanılır, bəzi hallarda cərrahi müdaxiləyə – kəllədaxili təzyiqi azaltmaq üçün kəllə sümüyünün bir hissəsinin çıxarılmasına (dekompressiv kraniotomiya) ehtiyac yarana bilər. Qeyd olunan bütün tibbi xidmətlər icbari tibbi sığorta hesabına həyata keçirilir.
Bu xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq tibb müəssisələrində, Agentliklə müqaviləsi olan tibb müəssisələrində tibbi göstəriş əsasında icra olunur.
Daha əvvəl də qeyd edildiyi kimi beyin ödemi çox vaxt digər xəstəliklərin və ya travmaların nəticəsi olaraq meydana çıxır və vaxtında müalicə olunmadıqda əlillik və ya ölümlə nəticələnə bilir. Bu səbəbdən profilaktik tədbirlərə xüsusi diqqət verilməlidir. Travmalardan qorunmaq, arterial təzyiqi və qan şəkərini nəzarətdə saxlamaq, infeksion xəstəliklər zamanı vaxtında həkimə müraciət etmək beyin ödemi riskini azaldan amillərdəndir. Ən əsası isə, xəstəliyin ilk simptomları müşahidə olunduqda vaxt itirmədən tibbi yardıma müraciət edilməlidir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654