Respublika Pediatriya Mərkəzi: Son bir ildə Yenidoğulmuşların reanimasiyası şöbəsində 280-dən çox pasiyentə tibbi xidmət göstərilib
04 Sentyabr 2025
820
Tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə yenidənqurma işlərinin həyata keçirilməsi, yeni şöbələrin yaradılması, köhnə, şəraitsiz şöbələrin yenidənqurulması, yararsız tibb avadanlıqlarının yeniləri ilə əvəz olunması və müasir standartlara uyğun tibbi cihazların quraşdırılması istiqamətində işlər davam etdirilir.
Azmedinfo.az xəbər verir ki, son dövrlərdə bu istiqamətdə TƏBİB tərəfindən həyata keçirilən yeniliklərdən biri də Respublika Pediatriya Mərkəzi ilə bağlıdır. Belə ki, 2024-cü ilin sentyabr ayında Mərkəzin Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında fəaliyyətə başlayan Yenidoğulmuşların reanimasiyası şöbəsində qısa zamanda vəziyyəti kritik, ağır və orta ağır qiymətləndirilən 284 yenidoğulmuşa tibbi xidmət göstərilib. Aparılan reanimasiya tədbirləri nəticəsində vəziyyəti ağır və orta ağır qiymətləndirilən 279 yenidoğulmuşun həyatını xilas etmək mümkün olsa da, 5 yenidoğulmuşun ölüm faktı qeydə alınıb.
Müasir standartlara cavab verən 25 çarpayıdan ibarət şöbə 7 küvəz, 1 isidici çarpayı, 1 tunel tipli fototerapiya cihazı, 2 süni ventilyasiya aparatı, eləcə də portativ rentgen və ultrasəs müayinəsi üçün nəzərdə tutulmuş cihazlarla təchiz olunub.
Hazırda şöbədə 6 ixtisaslı həkim, 36 tibb bacısı, 1 baş təsərrüfat bacısı və 12 sanitar çalışır.
Qeyd edək ki, şöbədə əsasən yenidoğulmuşlarda rast gəlinən tənəffüs sistemi xəstəlikləri (respirator distres sindromu, apnoe, mekonium aspirasiyası sindromu, pnevmoniya,), infeksion xəstəliklər (TORCH infeksiyaları, neonatal sepsis, meningit), adaptasiya ilə bağlı problemlər (fizioloji sarılıq, hipoglikemiya, hipotermiya, hipokalsemiya), perinatal travmalar, anadangəlmə və irsi metabolik xəstəliklər, eləcə də vaxtından əvvəl doğulan və az çəkiyə malik körpələrin müalicəsi həyata keçirilir.
TƏBİB
TƏBİB
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654