Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
23 Aprel 2026, Cümə axşamı, 21:53
Əlaqə vasitələri
Bizimlə əlaqə
Yüksək vəzifəyə təyin olunan Elgün Səmədov bu fotosu ilə gündəm olmuşdu
04 Sentyabr 2025
806
Yüksək vəzifəyə təyin olunan Elgün Səmədov bu fotosu ilə gündəm olmuşdu

Xəbər verdiyimiz kimi, Elgün Səmədov səhiyyə nazirinə yeni müşavir təyin olunub.

Azmedinfo.az Milli.Az-a istinadən yazır ki, Elgün Səmədov Aprel döyüşləri zamanı xüsusi fəaliyyəti ilə seçilmişdir. E.Səmədov 4 günlük müharibədə 100-dən çox uğurlu cərrahiyyə əməliyyatı keçirmiş və Azərbaycan Prezidenti tərəfindən 3-cü dərəcəli Vətənə Xidmətə Görə ordeni ilə təltif edilmişdir.

E.Səmədovun əməliyyatlar zamanı çəkilmiş fotosu isə sosial şəbəkələrdə geniş paylaşılaraq gündəmə çevrilmişdir.

Qeyd edək ki, Elgün Səmədov, 27 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olub.

Orta məktəbi Salyan rayonu Noxudlu məktəbində bitirib Azərbaycan Tibb Universitetinə daxil olub. 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub Gədəbəydə yerləşən hərbi hissədə tabor həkimi işləyib.

Daha sonra Müdafiə Nazirliyinin digər hərbi hissələrində müxtəlif vəzifələrdə Tibb xidməti mayoru rütbəsinə qədər yüksəlib.

Həmçinin, Türkiyənin Gülhanə Hərbi Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçib.

Daha sonra fəaliyyətini Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirib.

Ən çox oxunanlar