Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
07 Sentyabr 2026, Bazar ertəsi, 18:20
Əlaqə vasitələri
Bizimlə əlaqə
Kornea donorluğu – görməyə qovuşmaq üçün ikinci şans
08 Sentyabr 2025
566
Kornea donorluğu – görməyə qovuşmaq üçün ikinci şans

Kornea donorluğu görmə qabiliyyətini itirmiş insanlara yenidən dünyanı görmək imkanı bəxş edir. Bu proses yalnız donor dünyasını dəyişdikdən sonra həyata keçirilir və transplantasiya zamanı göz bütöv şəkildə köçürülmür – əməliyyata cəlb edilən yalnız buynuz qişa (gözün önündə yerləşən şəffaf toxuma) olur.

 

Azmedinfo.az xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, zəif görmə faktı kornea donorluğuna maneə sayılmır. Çünki çox vaxt görmə itkisinə səbəb olan xəstəliklər buynuz qişanı zədələmir. Eyni zamanda, donorun simasında heç bir dəyişiklik baş vermir, yəni donorluq prosesi insanın görünüşünə təsir etmir.

 

Həkimlərin vurğuladığı kimi, kornea donorluğu sadəcə bir tibbi əməliyyat deyil. Bu, işığını itirmiş bir insanın həyatına ümid və işıq bəxş edən ən böyük hədiyyələrdən biridir.

 

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi

Ən çox oxunanlar