Həkim və teleaparıcı Aleksandr Myasnikov yaxın beş ildə infarkt və ya insult riskini artıran əlamətləri sadalayıb.
Azmedinfo.az verilişin buraxılışının yayımlandığı “Smotrim” platformasına istinadən yazır ki, həkim bu barədə fikri studiyaya gələn tamaşaçılardan birinin analiz nəticələrini həkimə təqdim edərkən bildirib.
“Artıq çəki, hipertonya və prediabet ürək xəstəlikləri üçün güclü risk faktorlarıdır. Siz öz sağlamlığınızla ciddi məşğul olmalısınız”, – deyə Myasnikov proqram iştirakçısına müraciət edib.
Bildirib ki, artıq çəki orqanizmdə maddələr mübadiləsini pozur, şəkər və yağ balansını dəyişir, nəticədə damarların divarında xolesterin yığılmasını sürətləndirir. Hipertonya isə ürək əzələsini və damar divarlarını davamlı gərginlikdə saxlayaraq vaxtından əvvəl köhnəlməyə səbəb olur. Prediabetin varlığı isə qan şəkərinin qeyri-sabitliyini göstərir və bu, həm sinir sisteminə, həm də qan damarlarının sağlamlığına ciddi mənfi təsir göstərir.
Həkim pasiyentdə aparılan müayinələrin nəticələrinə diqqət çəkərək, “pis” xolesterin kimi tanınan aşağı sıxlıqlı lipoproteinlərin (AŞLP) normadan xeyli yüksək olduğunu vurğulayıb. Bu göstərici, həkimin sözlərinə görə, aterosklerozun inkişafına səbəb olur, yəni damarların içində yağ təbəqələrinin toplanması ilə onların elastikliyini azaldır və qan axınını çətinləşdirir. Bu vəziyyət isə yaxın beş ildə infarkt və ya insult kimi həyati təhlükəli fəsadların başvermə riskini xeyli artırır.
O, qadının vəziyyətinin kifayət qədər ciddi olduğunu qeyd edərək yalnız həyat tərzi dəyişikliyinin deyil, həm də dərman müalicəsinin vacibliyini önə çəkib. Xüsusən də yüksək dozada statinlərin qəbulu xolesterin səviyyəsini nəzarət altına almağa, damarların qorunmasına və ürək-damar xəstəliklərinin qarşısının alınmasına kömək edə bilər. Həkim əlavə edib ki, vaxtında görülən tədbirlər sağlamlıq üçün dönüş nöqtəsi ola bilər və gələcəkdə ağır nəticələrin qarşısını almağa imkan verər.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654