Yaxşıxassəli törəmələr çox vaxt poliplər olur, yavaş böyüyürlər. Amma zamanla ciddi problemə çevrilə bilirlər.
Azmedinfo.az xəbər verir ki, bu barədə tibb üzrə fəlsəfə doktoru, qastroenteroloq və hepatoloq Sergey Vyalov öz “Telegram” kanalında yazıb.
Həkim bildirib ki, hiperplastik poliplər adətən zərərsizdir, amma adenomatöz poliplər narahatlıq doğurmalıdır, çünki cəmi beş ildən sonra xərçəngə çevrilə bilirlər.
Bəzi hallarda bu proses 10–15 il çəkir. Ancaq qidalanmada yol verilən səhvlər prosesi sürətləndirir. Təhlükəli törəmələrin böyüməsini dayandırmaq və onların yaranmasının qarşısını almaq üçün qızardılmış qırmızı ət, “fast food”, qazlı içkilər və zərərli karbohidratlardan imtina etmək lazımdır.
İltihabı azaltmaq üçün qidalanmaya balıq, kətan yağı, zərdəçal əlavə etmək, mikrofloranı bərpa etmək üçün isə lif və probiotiklərdən (brokoli, giləmeyvə, kələm turşusu) istifadə tövsiyə olunur.
Həkimin sözlərinə görə, iltihab, poliplər, divertikullar və nəticədə xərçəng “çirkli bağırsaqda” inkişaf edir. Bu isə, o cümlədən, lif çatışmazlığı ilə bağlıdır.
Sergey Vyalov xatırladır ki, təhlükəli poliplər kolonoskopiya zamanı aşkarlanır və çıxarılır. Buna görə də bu diaqnostika üsuluna laqeyd yanaşmaq olmaz. Daha müasir variantlar da var – məsələn, KT-kolonqrafiya və kapsul endoskopiya.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654