Oral xərçəng dediyimiz xəstəliklər çox sürətli və gizli şəkildə inkişaf edir. Buna görə də xəstələrin ağız boşluğunda 2 həftədən uzun davam edən yaraları varsa, mütləq yaxınlıqdakı diş həkiminə müraciət etmələri vacibdir.
Azmedinfo.az "TV24"ə istinadən yazır ki, bu sözləri Samsun Ondokuz Mayıs Universiteti (OMÜ) Diş Həkimliyi Fakültəsinin dekanı prof. Dr. Kaan Gündüz bildirib.
Professor qeyd edib ki, Səhiyyə Nazirliyinin 2022-ci ildə apardığı son araşdırmada 2246 ağız xərçəngi hadisəsi aşkarlanıb. Bu hallardan 551-i ölümlə nəticələnib.
Həkimin sözlərinə görə, vətəndaşlar çox vaxt ağızdakı yaralara əhəmiyyət vermir. Tütün istifadəsi, zəif ağız baxımı, günəşə məruz qalma və HPV virusu ağız xərçənginin artışında mühüm rol oynayır. Ağızda 2 həftədən uzun davam edən yaralar, keylik və çənə ağrıları mütləq nəzərə alınmalıdır.
Professor əlavə edib ki, ağız xərçəngindən qorunma yolları arasında tütün və alkoqol istifadəsinin azaldılması ön plandadır. Ertələnmədən diaqnoz qoyulması ölüm hallarının qarşısını ala bilər.
“Xərçəngin ən çox əmələ gəldiyi yerlər ağız boşluğunda dilin arxa kənarlarıdır. Təəssüf ki, başlanğıcda ağrısız olduqları üçün bu yaralar çox vaxt gözdən qaçırılır. İnsanlar diqqətli olmalı, əgər belə bir lezyon görsələr, şəkil çəkdirib 2 həftə sonra təkrar müqayisə etməlidirlər. Əgər yara qalırsa və ya böyüyürsə, təcili həkimə müraciət etməlidirlər”, - deyə professor bildirib.
O həmçinin qey edib ki ağız xərçəngindən qorunmanın ən qısa yolu tütün və alkoqoldan uzaq durmaqdır. Son illərdə HPV virusunun həm uşaqlıq boynu, həm də ağız xərçənglərində rol oynadığı sübut olunub. Uyğun yaşlarda aparılan peyvəndlər qismən qoruyuculuq təmin edir. Amma ən əsası – təhlükəsiz cinsi münasibət və vaxtında peyvənd olunmaqdır.
"Diş xərçəngi deyilən bir şey yoxdur. Oral xərçəng dediyimiz zaman dodaqlar deyil, diş ətləri, yumşaq və sərt damaq nəzərdə tutulur. Onların vərəm və ya hepatit kimi yoluxma riski yoxdur. Yəni xəstəlik yalnız fərdin özündə inkişaf edir, ya sağalır, ya da təəssüf ki, ölümlə nəticələnir", - həkim vurğulayıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654