Disfagiya, yəni udma çətinliyi, qatı və ya maye qidaların udulmasında problemlə xarakterizə olunan tibbi vəziyyətdir.
Azmedinfo.az xəbər verir ki, qastroenteroloq, hepatoloq və invaziv endoskopist Dr. Aqil Ağakişiyevin sözlərinə görə, bu hal bir çox ciddi xəstəliyin, o cümlədən insult, nevroloji xəstəliklər (Parkinson, dağınıq skleroz), qida borusunun daralması, reflüks, şişlər və travmaların nəticəsi kimi yarana bilər. Disfagiyanın əlamətləri də fərqli şəkildə özünü göstərir. Bu simptomlara qidanın boğazda qaldığı hissi, udarkən yaranan öskürək və boğulma, nəfəs almaqda çətinlik, çəki itkisi, hətta bəzən qidanın burundan gəlməsi də daxildir.
Disfagiya, udma prosesinin hansı mərhələsində problem yaranmasından asılı olaraq, üç əsas növə ayrılır. Oral disfagiya qidanın ağız boşluğunda çeynənməsi ilə bağlı yaranan çətinlikdir. Faringeal disfagiya qidanın boğaz hissəsindən keçməsində, ezofageal disfagiya isə qida borusundan keçməsində yaranan problemlərlə əlaqədardır.
Həkim qeyd edib ki, bu vəziyyətin səbəbləri müxtəlif ola bilər. Belə ki, udlaq və qida borusunun travmatik və ya iltihabi xəstəlikləri, udma aktında iştirak edən əzələlərin və ya sinir sisteminin zədələnməsi, qida borusunun selikli qişasının yanıq və ya iltihab nəticəsində zədələnməsi, həmçinin qida borusunun və ya orta divarın şişləri, böyümüş limfa düyünləri disfagiyanın əsas səbəbləri arasında yer alır.
Dr. Aqil Ağakişiyev əlavə edib ki, bu cür əlamətlərlə qarşılaşan hər kəs vaxt itirmədən mütəxəssisə müraciət etməlidir. Erkən diaqnoz və düzgün müalicə planının təyin edilməsi pasiyentin həyat keyfiyyətini yüksəltmək və daha ciddi fəsadların qarşısını almaq üçün böyük əhəmiyyət kəsb edir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654